Dünya

Çində iki zəlzələ baş verib

Sharing is caring!


Çində iki zəlzələ qeydə alınıb.

Bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Yerli vaxtla saat 06:27-də (Bakı vaxtı ilə 02:27 – red.) Qazaxıstanla sərhəd yaxınlığında, Sincan-Uyğur Muxtar Rayonunda 5,7 bal gücündə zəlzələ müşahidə olunub. Yeraltı təkanların episentri Çinin Aksu əyalətindən 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Pekin vaxtı ilə saat 09:44-də (Bakı vaxtı ilə 05:44 – red.) daha kiçik – 3,9 bal gücündə təkrar zəlzələ baş verib. Hadisə Akçi rayonunda qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir