Dünya

Berlində məktəbə hücum: İki uşaq yaralandı

Sharing is caring!


Berlində məktəbin həyətində iki uşağı yaralayan şəxs saxlanılıb.

Bu barədə çərşənbə günü Almaniya paytaxtının polisi məlumat yayıb.

Hadisə Noyköln ərazisində baş verib. Məlumata görə, yeddi və səkkiz yaşlı iki məktəbli qız yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

“Onlar xəstəxanadadırlar”, – polisin açıqlamasında deyilir.

İnsidentin təfərrüatları barədə məlumat verilmir. Hücumun motivləri məlum deyil.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir