Şou-Biznes

Azərbaycanlı repçinin başına Ukraynada NƏ GƏLİB? – VİDEO

Sharing is caring!

Rusiyada yaşayan azərbaycanlı repçi Ptaxa (David Nuriyev) barədə müzakirələrə səbəb olacaq xəbərlər yayılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, repçinin Ukraynanın Donetsk şəhərində gülləbaran altına düşməsi ilə bağlı video yayılıb. 

Lakin sənətçinin PR direktoru Marina Evstifeyeva bildirib ki, bu, zarafat kimi saxtalaşdırılıb. 

Sonradan məlum olub ki, David Nuriyev Donetskə humanitar yardım və orada baş verənləri öz gözləri ilə görmək üçün gəlib. Repçi yeni klipi üçün bir neçə səhnə çəkdirmək niyyətində olduğunu da bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir