İdman

“İnter”dən darmadağın, “Milan” məğlubiyyətdən qaça bildi – YENİLƏNİB + VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında XXXIII turun daha bir neçə oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, son çempion “Milan” öz meydanında autsayderlər sırasında qərarlaşan “Kremoneze” ilə üz-üzə gəlib.

Matçda qalib müəyyənləşməyib – 1:1. 77-ci dəqiqədə David Okerekenin qolu ilə hesabda geri düşən“rossioneri” yalnız 90+3-cü dəqiqədə Junior Messiasın sayəsində bərabərliyi təmin edə bilib.

“Milan” hazırda 6-cı pillədədir. Komandanın 58 xalı var.

“İnter” isə  səfərdə “Verona”nı darmadağın edib – 6:0. Adolfo Qayçın avtoqola imza atdığı qarşılaşmada “İnter”in digər qollarını Hakan Çalhanoğlu, Edin Dzeko (2) və Lautaro Martines (2) vurublar.

Qələbə sayəsində “İnter” xalını 60-a çatdıraraq 4-cü pilləyə yüksəlib.

Digər oyunlarda “Latsio” öz meydanında “Sassuolo”ya qalib gəlməklə (2:0) 2-ci pilləni “Yuventus”dan təhvil alıb. “Roma” isə “Montsa” səfərində xal itkisi ilə üzləşib – 1:1. Joze Mourinyonun komandası 58 xalla 17-cidir.

22:45

İtaliya A Seriyasında XXXIII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Yuventus” öz meydanında “Leççe”yə qalib gəlib.

Matç Turin klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 15-ci dəqiqədə Leandro Paredes açıb. 36-cı dəqiqədə Assan Sissey penaltidən bərabərliyi təmin etsə də, 41-ci dəqiqədə Duşan Vlahoviç “zebralar”a üç xal qazandıran qolu vurub.

Qələbə sayəsində xallarını 63-ə çatdıran “Yuventus” “Latsio”nu geridə qoyaraq, ikinci pilləyə yüksəldib. “Leççe” 31 xalla 16-cıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir