Siyasət

Türkiyədə prezidentliyə namizəd canlı yayımda Azərbaycan mahnısı oxudu – VİDEO

Türkiyədə prezidentliyə namizəd Sinan Oğan aktyor və model Barış Murat Yağcının “Youtube” kanalının qonağı olub. Proqrama Türkiyə futbol millisinin geyimində qatılan siyasətçi aparıcının ondan mahnı oxumasını istəməsindən sonra “Ayrılıq” mahnısını ifa edib. Qeyd edək ki, İğdirdə anadan olan Oğan azərbaycanəsillidir. O, Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaq Partiyasından ibarət Ata İttifaqının prezidentliyə […]

Cəmiyyət

Maşının rəngi texniki pasportda göstərilsə də, niyə cərimə meydançasına aparılıb? – AÇIQLAMA + VİDEO

Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə meydançasına aparıldığını iddia edib. Xezerxeber.az xəbər verir ki, buna səbəb kimi nəqliyat vəsitəsinin rənginin qanunauyğun olmadığı göstərilib. Müqəddəs Orucovun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşları ona aprelin 30-da Ziya Bünyadov prospektində “saxla” işarəsi veriblər. Saxlanmasına səbəb kimi avtomobilində rəng uyğunsuzluğu göstərilib. Vətəndaş deyir ki, nəqliyyat vasitəsinin rəngləri texniki […]

Cəmiyyət

20-30 il stajı olan tərbiyəçi-müəllimlərin dərəcələri niyə endirilib? – VİDEO

Tərbiyəçi-müəllimlər Elm və Təhsil Nazirliyinin qarşısına toplaşıblar. Xezerxeber.az xəbər verir ki, onlardan bəziləri 30 ilə yaxın, bəziləri isə 20 ilə yaxın paytaxtın müxtəlif bağçalarında tərbiyəçi-müəllim vəzifəsində çalışıblar və buna uyğun olaraq müxtəlif dərəcələr alıblar. Qeyd edək ki, hazırda hamısının dərəcələri endirilib, səbəb kimi isə qeyri-ixtisas sahibləri olmaları göstərilib. Tərbiyəçi-müəllimlər iddia edirlər ki, dərəcələr endirildikdən sonra əmək haqlarında […]

İdman

PSJ Messini komandadan kənarlaşdırdı

PSJ Lionel Messini məşqdə iştirak etmədiyi üçün cəzalandırıb. Hücumçu Liqa 1-in 33-cü turunda “Loryan”ə uduzduqdan (1:3) bir neçə saat sonra Səudiyyə Ərəbistanına yollanıb. Halbuki, onun baş məşqçinin xəbərdarlığı ilə yalnız qələbə və ya heç-heçə olduğu halda bunu etmək hüququ var idi. Argentinalının hərəkətinə cavab olaraq, klub onu iki həftəlik futboldan uzaqlaşdırmaq qərarına gəlib. Rəhbərlik Messinin […]

Dünya

İsrailə 22 raket atıldı: Qəzzaya cavab zərbələri endirildi – VİDEO

Fələstin radikalları Qəzza zolağından İsrailə 22 raket atıb, onlardan 4-ü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 16-sı isə yaşayış olmayan ərazilərə düşüb. Qalan iki raketin Sderot şəhərindəki obyektlərə düşməsi nəticəsində 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Bildirilir ki, atışmadan bir neçə dəqiqə əvvəl İsrailin Müdafiqə Qüvvələri sakinlərə mümkün raket hücumu barədə xəbərdarlıq edərək, onları […]

İdman

“Arsenal” London derbisində “Çelsi”yə qalib gələrək liderliyini bərpa etdi – VİDEO

İngiltərə Premyer Liqasının 34-cü turu London derbisilə əlamətdar olub. “Emireyts” arenasında “Arsenal” “Çelsi”ni qəbul edib. “Topçular” qonaqları sözün həqiqi mənasında top atəşinə tutublar. Matçın ilk 34 dəqiqəsində 3 qol vuran “Arsenal” qarşılaşmanın taleyini elə ilk hissədəcə həll edib. “Zadəganlar”ın gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa çatıb – 3:1. Bu nəticə ilə Artetanın yetirmələri çempionatdakı […]

Cəmiyyət

Azyaşlının ölümündə kimlər məsuliyyət daşıyır? – SORĞU + VİDEO

Paytaxt sakinləri Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikir bildiriblər. Sakinlər qeyd ediblər ki, bu hadisə qəbuledilməzidir.  “Hər bir insanda rəhm olmalıdır, rəhmi olmayan insan deyil”. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İdman

Zabit Səmədov: “O videodakı “müəllimin” də, onu ora yerləşdirənin də cəzası ağır olmalıdır”

“Zabit Səmədov” döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, “Mauqli” ləqəbli Zabit Səmədov yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikirlərini bölüşüb. “Operativ Media”ya açıqlama verən Zabit Səmədov, sözügedən hadisənin baş verdiyi anın videosunu məyusluqla izlədiyini qeyd edib. Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin […]

İdman

“Barselona” qələbə qazanaraq rekorda imza atdı – VİDEO

LaLiqanın 33-cü turunda lider “Barselona” “Osasuna”nı qəbul edib. Qonaqlar ilk hissənin ortalarından etibarən azlıqda qalsalar da, ev sahibləri yalnız matçın son dəqiqələrində say üstünlüyündən yararlana biliblər – 1:0. Bununla belə, Xavinin yetirmələri klub rekorduna imza atıblar. Belə ki, “Barsa” bu mövsüm ərzində sayca 25-ci dəfə qapılarını toxunulmaz saxlaya biliblər. İndi komandanı çempionluqdan cəmi 5 xal […]