Dünya

İsrailə 22 raket atıldı: Qəzzaya cavab zərbələri endirildi – VİDEO

Sharing is caring!


Fələstin radikalları Qəzza zolağından İsrailə 22 raket atıb, onlardan 4-ü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 16-sı isə yaşayış olmayan ərazilərə düşüb.

Qalan iki raketin Sderot şəhərindəki obyektlərə düşməsi nəticəsində 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Bildirilir ki, atışmadan bir neçə dəqiqə əvvəl İsrailin Müdafiqə Qüvvələri sakinlərə mümkün raket hücumu barədə xəbərdarlıq edərək, onları sığınacaqlara yaxın olmağa çağırıb. Xəbərdarlıq İsrail ordusunun tank bölmələrinin səhər tezdən İsrail ərazisini atəşə tutmasına cavab olaraq HƏMAS mövqelərinə zərbələr endirməsindən sonra edilib. Baş nazir Benyamin Netanyahu Qəzzada vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik kabinetinin iclasını çağırıb. İclasdan sonra əraziyə növbəti cavab zərbələri endirilib.

Mənbə: jewish.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir