Cəmiyyət

Maşının rəngi texniki pasportda göstərilsə də, niyə cərimə meydançasına aparılıb? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə meydançasına aparıldığını iddia edib.

Xezerxeber.az xəbər verir ki, buna səbəb kimi nəqliyat vəsitəsinin rənginin qanunauyğun olmadığı göstərilib.

Müqəddəs Orucovun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşları ona aprelin 30-da Ziya Bünyadov prospektində “saxla” işarəsi veriblər. Saxlanmasına səbəb kimi avtomobilində rəng uyğunsuzluğu göstərilib.

Vətəndaş deyir ki, nəqliyyat vasitəsinin rəngləri texniki pasportda qeyd edildiyi halda onun saxlanması qanunsuzdur. 2019-cu ildən həmin avtomobili idarə edən sürücü indiyə kimi belə vəziyyətlə qarşılaşmadığını deyib:

“Sürücü iddia edir ki, polis əməkdaşları ona heç bir əsas göstərə bilməyiblər. Buna baxmayaraq nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin duracağa aparılmasının əsas səbəbi sürücünün 2 aydan artıq ödənilməyən cərimə borclarının olması ilə bağlıdır.

Qeyd edilib ki, bununla yanaşı, sürücü nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində damı qara nəzərdə tutulduğu halda sürücü avtomobilin qapılarının ətrafını və qapı dirəklərin də qanunsuz olaraq qara rəngə boyayıb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir