Cəmiyyət

Bakıda yük avtomobili aşdı

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən sürücü sükana nəzarəti itirib. Bu zaman avtomobil aşıb, qoşqudakı taxtalar yola dağılıb. Nəticədə Y.Hüseynov küçəsində tıxac yaranıb. Hazırda ərazidə yolda nəqliyyatın sıxlığının qarşısı alınması üçün yol polisi sürücüləri alternativ yollara istiqamətləndirir. Faktla […]

Kriminal

Azərbaycan MMA prezidenti: “Məşqçinin aqressiya göstərməsi, onun zəifliyidir”

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov 7 yaşlı Fərid Bakarovun məşq zamanı ölümündən kədərləndiyini bildirib. Hazırda Döyüş idman növləri üzrə Ümudünya Oyunlarında Azərbaycan yığmasına başçılıq edən Azad Əsgərov Oxu.Az-a fikirlərini bölüşüb. “Biz uşaqlar üçün ömrümüzü qoyuruq ki, onlar layiqli övlad, mətin vətəndaş, mübariz idmançı kimi formalaşsın, vətənimizi dünya arenalarında təmsil etsin, bayrağımızı dalğalandırsın. […]

Dünya

Çində zəlzələ baş verdi

Çərşənbə axşamı Çində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri təxminən 935 min nəfər əhalisi olan Baoşan şəhərindən 35 km şimal-şərqdə yerləşib. Mənbə 40 km dərinlikdə olub. Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib. Mənbə: TASS Xeberal.az