İdman

“Barselona” qələbə qazanaraq rekorda imza atdı – VİDEO

Sharing is caring!


LaLiqanın 33-cü turunda lider “Barselona” “Osasuna”nı qəbul edib.

Qonaqlar ilk hissənin ortalarından etibarən azlıqda qalsalar da, ev sahibləri yalnız matçın son dəqiqələrində say üstünlüyündən yararlana biliblər – 1:0.

Bununla belə, Xavinin yetirmələri klub rekorduna imza atıblar. Belə ki, “Barsa” bu mövsüm ərzində sayca 25-ci dəfə qapılarını toxunulmaz saxlaya biliblər.

İndi komandanı çempionluqdan cəmi 5 xal ayırır. Belə ki, Kataloniya klubu 33 oyundan sonra 82 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. İkinci pillədə qərarlaşan Madrid “Real”ı isə 32 matçda 68 xal toplayıb. Kral klubu liqadakı növbəti altı oyunun hamısında qalib gəlsə belə, maksimum 86 xal toplaya biləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir