Cəmiyyət

Bakıda yük avtomobili aşdı

Sharing is caring!


Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən sürücü sükana nəzarəti itirib. Bu zaman avtomobil aşıb, qoşqudakı taxtalar yola dağılıb. Nəticədə Y.Hüseynov küçəsində tıxac yaranıb. Hazırda ərazidə yolda nəqliyyatın sıxlığının qarşısı alınması üçün yol polisi sürücüləri alternativ yollara istiqamətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir