Xarici siyasət

Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxub – Foto

Sharing is caring!

İsveçdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən 9 ölkədən 15 nəfər koronavirusa yoluxub.

Xəbəral.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmda 56 ölkənin xarici işlər orqanı rəhbərlərinin qatıldığı görüşdə jurnalistlər və ekspertlər də iştirak ediblər.

Görülən tədbirlərə baxmayaraq, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başa çatdıqdan dərhal sonra koronavirusa yoluxan qonaqlarla bağlı ilk məlumatlar ortaya çıxıb. Hazırda doqquz fərqli ölkədən olan iclasın 15 iştirakçısında koronavirus aşkar edilib. Onların arasında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da var.

Qeyd edək ki, sözügedən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. 2-3 dekabr tarixlərində keçirilən iclasda ümumilikdə ATƏT üzvü olan 57 ölkə təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir