Dünya

Batareyaları dəyişdirilə bilən elektromobilin satışına başlanıldı – FOTO

Sharing is caring!

Çində akkumulyatorunu cəld dəyişdirmək imkanına malik “Rising Auto R7” elektromodelinin satışına başlanılıb.

Kupe formalı avtomobilin uzunluğu demək olar ki, 5 metrdir. Ölçülərinə görə o, “Hyundai Palisade”a bənzəyir.

Elektrik avtomobili həm bir mühərrikli, həm də tam ötürücülü iki mühərrikli versiyada mövcuddur. İkinci modifikasiyada elektrik stansiyası 536 at gücünə malikdir. O, avtomobilə 100 km/saatadək cəmi 3,8 saniyəyə sürətlənməyə imkan verir. Modelin məsafə ehtiyatı isə təxminən 600 km-dir.

İstehsalçıya görə, bir batareyanın dəyişdirilməsi 2,5 dəqiqə çəkir. “Rising Auto R7”-nin salonunda sürücü və ön sərnişin üçün üç böyük ekran var. Modelin təchizat siyahısına sifətin tanınması və səslə idarəetmə sistemləri, adaptiv kruiz-kontrol, zolaq saxlama funksiyası, kor nöqtəyə nəzarət və avtomatik təcili əyləc daxildir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir