Cəmiyyət

Zaqatalada ana və azyaşlı övladını maşın vurdu

Zaqatalada ana və azyaşlı övladını maşın vurub. APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib. 1985-ci il təvəllüdlü Çinarə Tatdayeva və onun azyaşlı övladı 2017-ci il təvəllüdlü Amil Tatdayevi “Mercedes” markalı minik avtomobili vurub. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Tədbirlər

Regionlarda qohumluq nigahlarının yaratdığı fəsadlara qarşı layihə həyata keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə Cəlilabad, Masallı, Lənkəran və Şamaxı şəhərlərində qan qohumluğu nigahlarının qarşısının alınması məqsədi ilə “Eyni qan, Ayrı can” layihəsi həyata keçirilib.Layihə çərçivəsində müxtəlif təhsil ocaqlarında gənclərin iştirakı ilə irsi qan xəstəlikləri və onlardan qorunma yolları eyni zamanda gənclərin qan donorluğuna cəlb […]

İdman

32 yaşlı Olimpiya çempionu vəfat etdi

Yüngül atletika üzrə 2016-cı ilin Olimpiya çempionu amerikalı Tori Boui 32 yaşında vəfat edib. Bu barədə onun maraqlarını təmsil edən “Icon Management” agentliyinin mətbuat xidməti sosial şəbəkədəki səhifəsində yazıb. Amerikalı idmançının ölüm səbəbi barədə məlumat verilməyib. Xatırladaq ki, Boui 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilən Olimpiya Oyunlarında 4×100 metr estafetdə qızıl medal qazanmışdı. Həmin olimpiadada idmançı […]

Kriminal

Səkkiz il sonra bacısının qisasını aldı – TƏFƏRRÜAT + VİDEO

Qardaş bacısının intihar məktubuna görə qətl törədib. Belə ki, Zəfər Sultanov (ad və soyad şərtidir) 8 il ölkə xaricində yaşasa da, daha sonra doğulub boya-başa çatdığı qəsəbəyə qayıdır. Paltar mağazalarından birində satıcı işləyən Z.Sultanov öz həyatını yaşayır və illər öncə baş vermiş hadisəni, bacısının ölümünü unutmağa çalışır. Qəsəbə sakini Riyad Bəxtiyarzadə Zəfərin illər əvvəl intihar […]

İdman

PSJ azarkeşləri ayağa qalxdı: Messi ərəblərlə gizlin danışıq aparıb? – VİDEO

İtalyan insayder Fabritsio Romanonun yazdığına görə, Lionel Messinin PSJ-ni tərk edəcəyi artıq dəqiqləşib. Oxu.Az xəbər verir ki, bu arada Messi ilə bağlı daha bir iddia ortaya atılıb. Klub rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına gedən və Liqa 1 təmsilçisinin bu səbəbdən iki həftəlik komandadan uzaqlaşdırmaqla cəzalandırdığı futbolçu Asiya ölkəsində “Əl-Hilal”la danışıb aparıb. “The Telegraph”ın iddiasına görə, sözügedən […]

Kriminal

Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu

Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib. “Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü […]

Siyasət

“Onun zəngin irsi hələ uzun müddət öyrəniləcək”

Könül İsmayılova: “Zəfər Yolunun başlanğıcında ulu öndər Heydər Əliyev siyasəti, iradəsi dayanır” “Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündəyik. Böyük şəxsiyyət, qətiyyətli sərkərdə hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın inkişafı, müstəqilliyi qarşısında dayanan maneələri, təhlükələri çox gözəl təhlil edərək, dövlət və xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafında xüsusi […]

Kriminal

Qəbələdə avtomobil ağaca çırpıldı: Ölən və yaralananların adları AÇIQLANDI – YENİLƏNİB + FOTO

Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu […]

İqtisadiyyat

Macarıstan Azərbaycan qazını almaq üçün Türkiyə ilə danışıqlar aparır

Macarıstan yerli təbii qazın alınması, eləcə də Azərbaycan qazının ölkə ərazisindən tranzit nəqlinə dair Türkiyə ilə danışıqlar aparır. Bu barədə çərşənbə günü Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra bildirib. O qeyd edib ki, Macarıstan ölkədə istifadə olunan qazın təxminən yarısını Rusiyadan “Türk axını” boru kəməri, […]

Şou-Biznes

Beyonsa vergidən yayınma İTTİHAMI: Məhkəməyə verildi

Amerikalı hip-hop ulduzu Beyonsun 2022-ci ildə ödəmədiyi  2,7 milyon dollar vergi borcuna görə məhkəməyə verildiyi bildirilib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənni 2018-ci ildə hökumətə 805,85 min dollar, 2019-cu ildə 1,4 milyon dollar borclu olub. Ödəmədiyi borclara görə, məhkəmə qarşısına çıxarılacaq dünya şöhrətli müğənni 450 min dollar da əlavə cərimə ödəməlidir. Məlumatda Beyonsun petisiya […]