Kriminal

Səkkiz il sonra bacısının qisasını aldı – TƏFƏRRÜAT + VİDEO

Sharing is caring!


Qardaş bacısının intihar məktubuna görə qətl törədib.

Belə ki, Zəfər Sultanov (ad və soyad şərtidir) 8 il ölkə xaricində yaşasa da, daha sonra doğulub boya-başa çatdığı qəsəbəyə qayıdır. Paltar mağazalarından birində satıcı işləyən Z.Sultanov öz həyatını yaşayır və illər öncə baş vermiş hadisəni, bacısının ölümünü unutmağa çalışır.

Qəsəbə sakini Riyad Bəxtiyarzadə Zəfərin illər əvvəl intihar etmiş bacısının ölümündə təqsirkar qismində dindirilsə də, buraxılmışdı. O, Zəfərin xaricdən geri qayıtdığını bilir, onu rahat buraxmırdı.

Bir gün o, küçədə Zəfəri görüb, qarşısını kəsir və nalayiq ifadələrlə davaya sövq etməyə çalışır. Lakin Zəfər ona baş qoşmur və yoluna davam edir.

Bir müddət sonra vaxtını keçirmək üçün qəsəbədəki çayxanalardan birinə gedən Riyad içəridə Zəfərin oturduğunu görür və onu namussuz adlandırır. Bu səbəbdən onlar arasında dava düşür. Bir ay sonra Riyad Zəfərə zəng edərək bacısı ilə cinsi əlaqədə olduğunu və ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyir.

Qəzəbinə hakim olmağa çalışan Zəfər təsadüfən bacısına aid məktubu tapır və orada yazılanları oxuyur. Daha sonra atasının silahı ilə Riyadın yaşadığı evə gəlir.

Ətraflı Baku TV-nin real hadisələr əsasında çəkilmiş layihəsində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir