Tədbirlər

Regionlarda qohumluq nigahlarının yaratdığı fəsadlara qarşı layihə həyata keçirildi.

Sharing is caring!


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə Cəlilabad, Masallı, Lənkəran və Şamaxı şəhərlərində qan qohumluğu nigahlarının qarşısının alınması məqsədi ilə “Eyni qan, Ayrı can” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində müxtəlif təhsil ocaqlarında gənclərin iştirakı ilə irsi qan xəstəlikləri və onlardan qorunma yolları eyni zamanda gənclərin qan donorluğuna cəlb olunması istiqamətində maarifləndirmə işləri həyata keçirilib. Qeyd edək ki, Qan Donorları Assosiasiyası mütamadi olaraq ölkənin müxtəlif rayon və şəhərlərində qohumluq nigahlarının yaratdığı arzu olunmaz fəsadların qarşısının alınması üçün layihələr həyata keçirir. Layihə ümumilikdə 300 nəfərdən çox insanın maariflənməsinə səbəb olmuşdur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir