İdman

32 yaşlı Olimpiya çempionu vəfat etdi

Sharing is caring!


Yüngül atletika üzrə 2016-cı ilin Olimpiya çempionu amerikalı Tori Boui 32 yaşında vəfat edib.

Bu barədə onun maraqlarını təmsil edən “Icon Management” agentliyinin mətbuat xidməti sosial şəbəkədəki səhifəsində yazıb.

Amerikalı idmançının ölüm səbəbi barədə məlumat verilməyib.

Xatırladaq ki, Boui 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilən Olimpiya Oyunlarında 4×100 metr estafetdə qızıl medal qazanmışdı. Həmin olimpiadada idmançı 100 metr məsafəyə qaçışda ikinci, 200 metr məsafəyə qaçışda isə üçüncü olmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir