Müharibə

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub. Xeberal.az

Dünya

Türkiyədə fırtına damları uçurub, pəncərələri qırdı – FOTO

Muğlanın Bodrum rayonunda təsirli olan qısamüddətli fırtına restoranların tentlərini və dam örtüklərini uçurub, pəncərələrini sındırıb. Şüşə qırıntıları və uçan tentlər bir neçə nəfəri yüngül şəkildə yaralayıb. Hadisə Gümüşlük sahilindəki iaşə obyektləri olan ərazidə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, hava qəfil qaralıb və səma qara buludlara bürünüb. Bu buludlardan 2-3 dəqiqə davam edən leysan yağıb. […]

Ölkə

Köhnə “Repsublikanski”də TƏZƏ NIRX – Direktorun məzə siyasəti

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə ötən ilin fevralında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunan ortoped-travmatoloq Elviz Qasımov dekabr ayında akademik Mirqasımov adına 1 saylı Respublika Klinik Xəstəxanasına direktor vəzifəsinə irəli çəkilib. E.Qasımov daha əvvəl Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya […]

Dünya

Şolts Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin vaxtını açıqladı

“Qərb ölkələri Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır”. Bunu Almaniya kansleri Olaf Şolts deyib. “Qərb münaqişə bitdikdən sonra Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır. Ancaq bunun vaxtı hələ çatmayıb”, – o, bildirib. Qeyd edək ki, hələ 2022-ci ilin payızında Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən ölkənin təhlükəsizliyinə zəmanət verən layihə təqdim edilib. Burada Kiyev Aİ ölkələrini […]

Xarici siyasət

PKK-nın Azərbaycanda qurduğu hörmüçək toru – Seymur Həzi Süleyman Dəmirtaşı dəstəkləməklə kim olduğunu sərgiləyir

Hörmətli Oxucular; Azərbaycanın müxalifət partiyası AXCP-nin Türkiyədəki müxalifət partiyaları ilə qol-qola olduğu və bu partiyanın sədr müavini Seymur Həzinin Türkiyədə sayı yeddidən (7) çox olan siyasi partiyalarla təmasda olduğu indi bəlli olur (maşallah) dirsək təması indi aydın görünür. İçində nə var, deyə bilərsən.  TBM-də olan bəzi Deputatların “AB-yə tabe olan bəzi ölkələrdə Türkiyəyə qarşı təbliğat aparmasına […]

Cəmiyyət

Şəmkirdə “Mercedes” aşdı: Xəsarət alanlar var

Şəmkir rayon Çinarlı qəsəbəsində “Mercedes” markalı avtomobil aşıb, xəsarət alanlar var. “Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1976-cı il təvəllüdlü Ayaz Orucov, 1983-cü il təvəllüdlü Dünyaxanım Orucova və Gültəkin adında gənc qız müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

İraq İrana olan borcunu dollar əvəzinə dinarla ödədi – FOTO

İraq İrana olan borcunu dollar əvəzinə dinarla ödəyib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, ötən ilin noyabr ayından neft satışından əldə olunan İraq pullarını saxlayan və tələb əsasında Bağdada çatdıran ABŞ Federal Ehtiyat Sistemi İranın bu dollarlara çıxışının qarşısını almaq və çirkli pulların yuyulması və mübarizə məqsədi ilə məhdudiyyətlər qoyub. İraq son 20 […]

Şou-Biznes

Məşhur müğənni yeni sevgilisi ilə göründü

27 yaşlı məşhur britaniyalı müğənni Dua Lipa yeni sevgilisi fransalı rejissor Romen Qavrasla ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Parisdə keçirilən Saint Laurent şousunda paparassilər cütlüyü "tutub". İfaçı sevgilisi ilə birlikdə arxa qapıdan çıxıb və onun əlindən tutub. Tədbir üçün Dua Lipa qara uzun paltar və dəri palto seçib və […]

Müharibə

Qanunsuz erməni silahlıları Azərbaycandan çıxarılmalıdır – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Qarabağda nə baş verir? Qanunsuz erməni silahlıları Azərbaycandan çıxarılmalıdır. Xarici İşlər Nazirliyi açıqlama verdi. Baxmut ətrafında vəziyyət yenidən gərginləşib. Baxmut necə müdafiə olunur? Daha ətraflı “Baku News”un 20:00 buraxılışında: Xeberal.az

Siyasət

Ombudsman Ermənistan hərbçilərinin Qarabağda törətdiyi təxribata münasibət bildirib

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibət bildirib. Bu barədə Oxu.Az-a Ombudsman Aparatından bildirilib. “Bu gün səhər saatlarında Ermənistan tərəfinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasının […]