İdman

İPL: “Liverpul”dan “Mançester Yunayted”ə 7 cavabsız qol – VİDEO

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, mərkəzi matçda “Liverpul” və “Mançester Yunayted” birincilərin meydanında üz-üzə gəlib. “Enfild”də keçirilən qarşılaşma “Liverpul”un qələbəsi ilə başa çatıb – 7:0. “Qırmızılar”In heyətində Kodi Qakpo, Darvin Nunyes və Məhəmməd Salah dubl edibsə, son qolu Roberto Firmino vurub. Xalını 42-yə çatdıran “Liverpul” 5-ci pilləyə yüksəlib. “Mançester Yunayted” […]

Cəmiyyət

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub. “Report”un Qərb bürosunun məlumatına görə, onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir. Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və […]

Dünya

Britaniya xüsusi təyinatlılarına “TikTok”dan istifadə qadağan edildi

Britaniya ordusunun Xüsusi Hava Qüvvələrinin üzvlərinə təhlükəsizlik səbəbilə iş telefonlarında Çinin “TikTok” sosial şəbəkəsindən istifadə qadağan edilib. Məlumata görə, tətbiqin Çin və Rusiyanın xüsusi xidmətlərinə məlumat ötürə biləcəyindən ehtiyat edildiyi üçün hərbi qulluqçulara şəxsi smartfonlardan “TikTok”a daxil olmaq tövsiyə edilmir. Bildirilir ki, əvvəllər bu sosial şəbəkədən hərbi şəraitdə istifadəyə qadağalar ABŞ, Kanada və bir sıra […]

Siyasət

Millət vəkili: “Biz öz həyatımızın müəllifləriyik” – FOTO

“53 il öncə bu məktəbə qədəm qoymuşam. 10 il ərzində 7 km məsafəni hər gün məktəbə və evə gedib-gəlmişəm. Hər dəfə də bu küçədən, məktəbin yanından keçəndə bərk həyəcanlanıram…” Millət vəkili, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan vaxtilə təhsil aldığı Keşlə qəsəbəsindəki 201 saylı tam orta məktəbdə qonaq olarkən hisslərini belə ifadə etdi.   Bakı […]

İdman

“Barselona” azlıqda qalib gəlib liderliyini möhkəmləndirdi – VİDEO

İspaniya La Liqasının XXIV turunda “Barselona” “Valensiya”nı qəbul edib. Oxu.Az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 15-ci dəqiqədə Rafinya vurub. 55-ci dəqiqədə Ferran Torresin penalti qaçırdığı görüşün 59-cu dəqiqəsində Ronald Arauxo “Barsa”nı azlıqda qoyub. Bununla belə, qələbə hesabını qorumaq mümkün olub. “Barselona” 62 xalla vahid […]

Dünya

KİV: Rusiyada “demoqrafik kabus” yaşanır

Rusiyada demoqrafik böhran yaşanır. Son üç ildə ölkə həmişəkindən təxminən 2 milyon çox insan itirib. Bildirilir ki, Rusiyada əhalinin pik həddi 1994-cü ildə müşahidə olunub və 149 milyon nəfər təşkil edib. 2021-ci ilin əvvəlinə isə bu rəqəm artıq 145 milyon nəfər olub. Son illərdə əhali sayı əvvəlcə koronavirus pandemiyası, sonra isə müharibə səbəbindən daha da […]

Siyasət

Ceyhun Bayramov BMT rəsmisilə görüşüb – FOTO

5 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşüb. Görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji yardımların rolu, […]

İdman

“Formula-1”: Mövsümün ilk yarışını Ferstappen qazandı

Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen bazar günü “Formula-1” üzrə 2023-cü il dünya çempionatının ilk turu olan Bəhreyn Qran Prisinin qalibi olub. İkinci yeri digər “Red Bull” üzvü meksikalı Serxio Peres tutub. İlk üçlüyü isə “Aston Martin” komandasından ispan Fernando Alonso qapayıb. Formula 1-in növbəti mərhələsi martın 17-dən 19-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Mənbə: TASS Xeberal.az

Siyasət

Azərbaycanla Cibuti arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Martın 5-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb. XİN-nin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Cibuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından […]

Siyasət

Azərbaycan və Portuqaliya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib – FOTO

Martın 5-də nazir Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin beşinci Konfransında iştirakı çərçivəsində Portuqaliya Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşüb. XİN-nin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə iki dövlət arasında münasibətlərin hazırkı vəziyyəti və inkişafı potensialı müzakirə edilib. Azərbaycan və Portuqaliya arasında iqtisadi-ticarət, habelə energetika sahəsində, bərpa […]