Siyasət

Azərbaycanla Cibuti arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Sharing is caring!

Martın 5-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb.

XİN-nin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Cibuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında xüsusilə iqtisadi, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş zamanı, nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycana, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman göstərdiyi dəstəyə görə Cibuti tərəfinə təşəkkür edib.

Nazir, həmçinin həmkarına Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzv ölkələri üçün təhsil və təlim üçün təqaüd proqramı barədə məlumat verib və Cibutinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Cibutinin xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir