İdman

“Barselona” azlıqda qalib gəlib liderliyini möhkəmləndirdi – VİDEO

Sharing is caring!

İspaniya La Liqasının XXIV turunda “Barselona” “Valensiya”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 15-ci dəqiqədə Rafinya vurub. 55-ci dəqiqədə Ferran Torresin penalti qaçırdığı görüşün 59-cu dəqiqəsində Ronald Arauxo “Barsa”nı azlıqda qoyub. Bununla belə, qələbə hesabını qorumaq mümkün olub.

“Barselona” 62 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Real”ı 10 xal üstələyir. Uğursuz mövsüm keçirən “Valensiya” 23 xalla sondan 2-ci – 19-cudur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir