Dünya

Karavayev: “Rusiya hərbçiləri Xersonda Ukrayna futbolçusunun valideynlərini qaçırmaq istəyiblər”

“Xersonun işğalı zamanı Rusiya hərbçiləri İtaliyanın “Speziya” komandasının və Ukrayna millisinin yarımmüdafiəçisi Viktor Kovalenkonun ailəsini qaçırmaq istəyiblər”. Bu barədə “Dinamo”nun müdafiəçisi Aleksandr Karavayev bildirib. Karavayev müharibə zamanı Ukrayna futbolundan bəhs edən filmdə bu barədə danışıb. “Elə bir hal olub ki, işğalçılar Kovalenkonun yaşadığı həyətə gəliblər. Qonşulardan Kovalenkonun ailəsinin harada yaşadığını soruşublar. Belə başa düşürəm ki, […]

Kriminal

Hipermarketə silahlı basqın edən Ruhlan İsmayılovun gizləndiyi binanın görüntüsü yayıldı – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, hipermarketdə silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Onun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib. Əməliyyat tədbiri zamanı o, polisə silahlı müqavimət göstərən zaman məhv edilib. “Qafqazinfo” R.İsmayılovun gizləndiyi binanın görüntülərini təqdim edir: Xeberal.az

Şou-Biznes

41 yaşında tələbə oldu, ömrünü sənəti üçün şam kimi əritdi – Unudulan məşhurlar

Lent.az "Unudulan məşhurlar" rubrikasında Xalq artisti, xanəndə Şahnaz Haşımova haqqında məlumatları təqdim edir. Şahnaz Haşımova 1957-ci ildə Gəncə şəhərində anadan olub. Şahnaz xanım müsahibələrində mühəndis işləyən atasının sazda ifa edib, şeirlər yazdığını deyib. Ailədə özündən başqa 7 bacı-qardaşı olub. Gənc Şahnazın altı yaşından bəri musiqiyə həvəsi olduğuna görə, o, 1975-ci ildə Gəncə Musiqi Kollecinin muğam […]

Kriminal

Hipermarketdə silahlı insidenti törədənə aid olduğu iddia edilən sosial şəbəkə səhifələri – FOTO

Bu gün Xətai rayonu ərazisində yerləşən hipermarketdə silahlı insidenti törədənlərə qarşı keçirilən əməliyyat zamanı zərərsizləşdirilən Ruhlan İsmayılovun iddia olunan sosial şəbəkələrdəki səhifələrdə paylaşdığı şəkillər diqqət çəkib. Belə ki, R. İsmayılov ehtimal olunan “Facebook” səhifəsində profil şəkli qismində İranın ali dini lideri Əli Xameneinin və dini məzmunlu şəkil paylaşıb. Onun “Instagram” səhifəsində isə azərbaycanlı “qanuni oğru” […]