Cəmiyyət

Masallıda fermadan qoyun oğurlayan həmkəndlilər saxlanıldılar

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10 840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Masallı RPŞ əməkdaşlarının […]

Cəmiyyət

Azərbaycanda son sutkada 62 nəfər COVID-ə yoluxub, altı nəfər ölüb – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, aktiv xəstə sayı 560 nəfərdir. Ölkədə son sutka ərzində 2112, hazırkı dövrədək isə 7 499 907 test aparılıb. Xeberal.az

Siyasət

Tehranda Azərbaycanın sədrliyi ilə İƏT-in ilk iclası keçirilib – FOTO

Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası keçirilib. Bu barədə Azərbaycanın İrandakı səfirliyi “Twitter” səhifəsində paylaşım edib. Qeyd olunub ki, iclas Tehran şəhərində baş tutub. Within the framework of ?? #Azerbaijan‘s chairmanship to the #Economic Cooperation Organization in 2023, the first meeting of the Organization’s Permanent […]

Cəmiyyət

Kübra Əliyeva: “Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın” – VİDEO

“Xərçəngə tutulanda Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın. Məndən sonra o məhv olar”. Bunu Baku TV-nin “O kimdir?” verilişində Əməkdar artist, aktrisa Kübra Əliyeva xərçənglə mübarizəsindən danışarkən deyib. O, vəfat edən oğlu haqqında yayılan xəbərlərdən incidiyini qeyd edib: “Televiziyada mənim şəklimi verib şok başlıqla yayımlamaqları xətrimə dəydi. Dedim ki, niyə məni biabır edirsiniz? […]

İdman

“Çelsi” “Atletiko”dan Feliksi icarəyə götürdü – RƏSMİ + FOTO

Joao Feliks mövsümün sonuna qədər “Çelsi”də oynayacaq. London klubu 23 yaşlı hücumçunu yaya qədər icarəyə götürdüklərini təsdiqləyib. “Atletiko” Feliksin ayrılmadan əvvəl klubu ilə müqaviləni daha bir mövsüm – 2027-ci ilə qədər uzatdığını açıqlayıb. “Çelsi”nin portuqaliyalının icarəsinə görə 11 milyon avro ödəyəcəyi, həmçinin futbolçunun icarə müddətində bütün maaşını – 6 milyon avronu öz üzərinə götürəcəyi bildirilib. […]

Cəmiyyət

Gəncədə ev yanıb – FOTO

Gəncədə yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şahmar Hüseynova məxsus 5 otaqlı 200 kvadratmetr sahəsi olan evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 190 kv.m hissəsi əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın […]

Cəmiyyət

“Onları Qərbi Azərbaycan İcması rəhbərliyinə Ramiz Mehdiyevin sifarişi ilə salıblar…”

“Hesab edirəm ki, Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının sədrliyinə layiq şəxs deyil… “İdarə Heyətinə Eldar Abbasovu, Paşa Qəlbinuru, Firudin Cəlilovu, Köçəri Nağıyevi, Hafiz Hacıyevi və s. kimi tanınmış adamları təklif edərdim…” “Qərbi Azərbaycan İcmasının yaradılması haqda Prezidentin təşəbbüsünü alqışlamaq gərəkdir. Çünki uzun illərdən bəri bu məsələ kölgədə qalmışdı. Heç kim rəsmi baxımdan Qərbi Azərbaycandan didərgin soydaşlarımızın […]

İdman

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şamaxı”nın Rumıniyanın “Botoşani” komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb. Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini […]

Dünya

İranda keçmiş müdafiə nazirinin müşaviri edam olunacaq

İranda məhkəmə 1997-2005-ci illərdə ölkənin müdafiə naziri Əli Şəmxaninin keçmiş müşaviri Əlireza Əkbəri barəsində ölüm hökmü çıxarıb. Məlumata görə, Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunub. Molla Respublikasının Kəşfiyyat Xidməti onu “İranla bağlı mühüm məlumatları xaricə ötürmək üçün toplayan ən mühüm agentlərindən biri” kimi xarakterizə edib. Bildirilib ki, Əkbərinin İranla bağlı məxfi məlumatlara çıxışı olub […]

Cəmiyyət

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların maaşları artırıldı

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb. Bu barədə TƏBİB məlumat yayıb. Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək. Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır. Xeberal.az