İdman

“Çelsi” “Atletiko”dan Feliksi icarəyə götürdü – RƏSMİ + FOTO

Sharing is caring!

Joao Feliks mövsümün sonuna qədər “Çelsi”də oynayacaq.

London klubu 23 yaşlı hücumçunu yaya qədər icarəyə götürdüklərini təsdiqləyib. “Atletiko” Feliksin ayrılmadan əvvəl klubu ilə müqaviləni daha bir mövsüm – 2027-ci ilə qədər uzatdığını açıqlayıb.

“Çelsi”nin portuqaliyalının icarəsinə görə 11 milyon avro ödəyəcəyi, həmçinin futbolçunun icarə müddətində bütün maaşını – 6 milyon avronu öz üzərinə götürəcəyi bildirilib.

Qeyd edək ki, bu mövsüm Feliks “Atletiko”nun heyətində bütün turnirlərdə 20 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2022-də Portuqaliya millisinin heyətində 3 matçda 1 top və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir