Cəmiyyət

Gəncədə ev yanıb – FOTO

Sharing is caring!

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şahmar Hüseynova məxsus 5 otaqlı 200 kvadratmetr sahəsi olan evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 190 kv.m hissəsi əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın yanğınsöndürən bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir