İdman

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Sharing is caring!

Azərbaycan boksçusu Sənan Hətəmov İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb

Bildirilib ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində kanadalı Yakub Blaislə üz-üzə gəlib.

Hətəmov rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. O, ilk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdırmışdı.

Boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir