Dünya

Ermənistanda polis idarəsinə qumbara atıldı

Naməlum şəxs Vardenis polis idarəsinin binasına kustar üsulla hazırlanmış qumbara atıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Lakin binaya zərər dəyib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, cinayətkarı axtarırlar. Xeberal.az

Cəmiyyət

İrəvanda Rusiya əleyhinə aksiya keçirildi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycanın İsrailə təyin etdiyi yeni səfir kimdir? Baku TV diplomatın keçmişini araşdırdı. İrəvanda Rusiya əleyhinə aksiya keçirildi. Ermənilər Rəsmi Moskvadan nə istəyir? Əfqanıstanda Xarici İşlər Nazirliyi yanında güclü partlayış. Ölənlərin sayı 21-ə çatdı. 4. Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı. Baku TV hadisənin baş verdiyi ərazidə Daha ətraflı […]

Dünya

Baxmutdakı döyüşlərdə iştirak edən ukraynalı müfti məscidin fonunda Quran oxudu – VİDEO

Könüllü olaraq cəbhəyə yollanmış ukraynalı müfti Səid İsmayılov Baxmutda dağıdılmış məscidin fonunda Quran oxuyub. Görüntülər qısa müddət ərzində “Telegram” kanallarında çoxlu baxış sayı yığıb. “Bu bizim məsciddir, Ukraynanın Baxmut şəhərinin məscidi. Biz Ukraynanın müsəlmanlarıyıq və bura bizim torpağımızdır, bu isə bizim məscidimizdir”, – Səid İsmayılov Quran ayəsini oxuyub bitirəndən sonra söyləyib. Mənbə: Unian Xeberal.az

Şou-Biznes

Məşhur müğənni bir ifadənin güdazına getdi: 50 il QADAĞA

Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin Rusiyaya girişi 50 il qadağa qoyulub. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, hazırda Dubayda yaşayan müğənni bir ifadənin qurbanı olub.  Məlumata görə, qala gecəsində çıxış edən ifaçıya bir Ukrayna vətəndaşı “Ukraynaya eşq olsun!”, – deyə xitab edib. Valeri isə cavabında “Qəhrəmanlara eşq olsun!”, – deyib.  Bu isə Rusiya qanunvericiliyinə görə Ukraynaya dəstək […]

Şou-Biznes

Məşhur müğənni bir ifadənin güdazına getdi: 50 il QADAĞA

Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin Rusiyaya girişi 50 il qadağa qoyulub. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, hazırda Dubayda yaşayan müğənni bir ifadənin qurbanı olub.  Məlumata görə, qala gecəsində çıxış edən ifaçıya bir Ukrayna vətəndaşı “Ukraynaya eşq olsun!”, – deyə xitab edib. Valeri isə cavabında “Qəhrəmanlara eşq olsun!”, – deyib.  Bu isə Rusiya qanunvericiliyinə görə Ukraynaya dəstək […]

İdman

“Qarabağ”ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

“Qarabağ”ın kapitanı Maksim Medvedev Niderlandın “Tvente” və Qazaxıstanın “Astana” klublarından təklif alıb. “Report”un məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi “Youtube” kanalında azarkeşlərin suallarını cavablandırarkən açıqlama verib. O bildirib ki, Ensxede təmsilçisindən dəvət gənc yaşlarında gəlib: “Amma həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da […]

Dünya

Kabildə XİN binasının yaxınlığında silsilə partlayışlar törədilib: Onlarla şəxs həlak olub

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında ardıcıl üç güclü partlayış baş verib. Yerli mətbuatın yazdığına görə, partlayış zamanı Çin nümayəndə heyəti Xarici İşlər Nazirliyinin binasında olub. İlkin məlumata görə, partlayış nəticəsində 21 nəfər həlak olub, onlarla şəxs xəsarət alıb. Həlak olanlar arasında nazirlik əməkdaşları da var. Ehtimal edilib ki, partlayış Əfqanıstandakı İŞİD üzvləri tərəfindən həyata […]

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia […]

Cəmiyyət

Ucarda iki maşın toqquşdu: Xəsarət alanlar var – FOTO

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun “Azərbaycan” küçəsində qeydə alınıb. VAZ-21013 və “Seat lbiza” markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər – 1977-ci il təvəllüdlü Ramil Cümşüd oğlu Babayev, 1945-ci il təvəllüdlü Ceyran Həsən qızı İsmayılova, 1978-ci il təvəllüdlü Bəxtiyar Əli oğlu Mirzəyev və 2014-cü il təvəllüdlü Yusif Elman oğlu […]

İqtisadiyyat

Naxçıvanda yeni sənaye sahələri yaradılır

Ötən il Naxçıvanda sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılıb. Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib. “Sənaye ili” çərçivəsində məişət və kənd təsərrüfatı avadanlıqları, çaxır, dondurma, mebel, ayaqqabı, plastik qapı-pəncərə istehsalı sahələri olmaqla, ümumilikdə, 16 layihə üzrə işlər başa çatdırılıb, 101 yeni iş yeri açılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində […]