Dünya

Pekin digər ölkələrin çinli turistlərdən koronavirus testi tələbini qəbuledilməz hesab edir

Pekin bir sıra ölkələrin yalnız Çindən gələnlər üçün COVID-19-a qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsini qəbuledilməz hesab edir. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin hesab edir ki, yalnız Çinə qarşı məhdudiyyətlər elmi baxımdan əsassızdır və bu cür tədbirlər qəbuledilməzdir. Bundan əvvəl ABŞ, Yaponiya, İtaliya, Böyük Britaniya, Kanada, Avstraliya, Hindistan, İspaniya, ölkədə COVID-19-un artması fonunda Çindən […]

Dünya

Məşhur türkiyəli aktyor Hollivud ulduzu ilə qarşı-qarşıya gələcək – FOTO

Məşhur ingilis rejissor Qay Ritçinin Hollivud istehsalı olan yeni filmi tezliklə ekranlara gələcək. “Sherlock Holmes”, “Rocknrolla”, “Transporter” və “Snatch” kimi işləri ilə aksiyon janrına yeni nəfəs gətirən rejissorun yeni filmində məşhur türkiyəli aktyor Kaan Urgancıoğlu da rol alıb. Baş rollarda Ceyson Stethem, Hyu Qrant, Obri Plaza və Joş Hartnetin yer aldığı filmin aktyor heyətində həmçinin son […]

Dünya

Kapitoli polis rəisi: “Yenidən hücum ola bilər”

“ABŞ Konqresinə 6 yanvar 2021-ci ildə baş verən hücum təkrarlana bilər. Lakin hüquq-mühafizə orqanları potensial hücuma hazırdır”. Bunu Kapitoli polis rəisi Tomas Mencer yaydığı yazılı açıqlamada qeyd edib. Mencer ilk növbədə Amerika qanunverici orqanının qorunmasına cavabdeh olan müstəqil federal hüquq-mühafizə orqanına rəhbərlik edir. “Hazırda mövcud olan təhlükəli mühit, xüsusən də seçilmiş məmurlara qarşı ola biləcək təhlükə daimi […]

Dünya

Qətər Çindən gələn turistlərə məhdudiyyətlər qoyur

Qətər Çindən gələn səyahətçilərdən COVID-19 testinin nəticəsini təqdim etmələrini tələb edəcək. Məcburi koronavirus testi tələbi peyvənd statusundan asılı olmayaraq Çindən gələn bütün səyahətçilərə şamil ediləcək. Test Çindən yola düşməzdən əvvəl 48 saat ərzində aparılmalıdır. Daha əvvəl Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, COVID-19 səbəbilə Çin vətəndaşlarının digər ölkələrə girişinə artan beynəlxalq məhdudiyyətlər […]

Dünya

ABŞ Konqresində 100 ildə bir ilk yaşandı

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin seçilməsi son yüz ildə ilk dəfə bir turla məhdudlaşmayıb. Respublikaçıların lideri Kevin Makkarti ilk cəhddə səs çoxluğunu qazana bilməyib. Ümumilikdə səsverməyə üç namizəd çıxarılıb: Respublikaçılardan – Makkarti və Endryu Biqs, Demokratlardan isə Hakim Cefris. Respublikaçıların lideri kifayət qədər sayda partiya üzvünün dəstəyini ala bilməyib. Halbuki, Makkarti konqresmenləri onu dəstəkləməyə inandırmaq […]

Dünya

Yaponiya əhalisinə hər uşaq üçün bir milyon yen təklif edildi

Yaponiyada əhaliyə hər uşaq üçün bir milyon yen (təxmini 13 min manat) təklif edilir. Yaponiya hakimiyyəti bu yolla ciddi demoqrafik problemləri həll etmək niyyətindədir. Əgər ailə Tokiodan başqa bölgələrə köçməyə razı olarsa, hər uşaq üçün bir milyon yen (təxmini 13 min manat) veriləcək. Təklifi qəbul edən insanlar isə ölkənin “dəbdə olmayan” bölgələrinə köçürüləcək ki, yaşlıların sayının çoxaldığı bu bölgələr […]

Cəmiyyət

Bakıda ərlə arvadın mübahisəsi qanla bitdi

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Lütfi Zadə küçəsində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rüstəmova Maya Hamlet qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Qadın sağrı nahiyyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Bakıda tanışı ilə mübahisə edən şəxs bıçaqlandı

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA xəbər verir ki, Binəqədi qəsəbəsində 1970-ci il təvəllüdlü Hüseynov Eldəniz Oruc oğlu tanışı ilə münaqişə zəmnində bıçaqlanıb. O, müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri […]

Dünya

Macarıstan məktəblərində LGBT təbliğatı qadağan olundu

Macarıstanın baş naziri Viktor Orban məktəblərdə LGBT təbliğatının qadağan edilməsi qərarına münasibət bildirib. Bu barədə o, yanvarın 3-də jurnalistlərə danışıb. “Bundan imtina etmək üçün bizə çox təzyiqlər göstərilir. Bildirilir ki, əks halda Macarıstan Aİ-nin vəsaitlərini almayacaq”, – Orban deyib. Onun sözlərinə görə, bu məsələlərdə övladlarının tərbiyəsində QHT-lər deyil, valideynlər məsuliyyət daşıyır. Mənbə: rossaprimavera.ru Xeberal.az

Dünya

Bayden Cənubi Koreya liderinin əməkdaşlıq barədə bəyanatını təkzib etdi

ABŞ Prezidenti Co Bayden ABŞ və Koreya Respublikası arasında birgə nüvə təlimləri ilə bağlı danışıqlar barədə məlumatı təsdiqləməyib. O bu barədə jurnalistlərə müsahibəsində bildirib. Həmçinin Ağ Evin mətbuat xidməti də bununla bağlı məlumat yayıb. Belə ki, Cənubi Koreya prezidenti Yun Sok-yeol genişləndirilmiş nüvə çəkindirmə tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün ölkələr arasında əməkdaşlıq niyyəti […]