Dünya

Livan qaranlığa qərq oldu

Livanda iki ən böyük elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən işlək vəziyyətdə olmadığı üçün çərşənbə günü ölkədə böyük elektrik kəsintisi yaşanıb. Məlumata görə, ölkənin şimalında Deyr Əmmardakı və cənubunda Əl-Zəhranidəki istilik elektrik stansiyası öz turbinlərini dayandırmağa məcbur olub. Bildirilib ki, fövqəladə hadisə İraqdan mazut tədarükünün gecikməsi ilə əlaqədardır. Belə ki, dekabr ayında Tripoli limanına neft məhsulları olan […]

Dünya

İndoneziyada milli kriptovalyuta birjası işə başlayacaq

İndoneziya hökuməti maliyyə sektorunda islahatlar çərçivəsində milli kriptovalyuta birjasını işə salmağı planlaşdırır. Məlumata görə, ölkədə kriptovalyutaların dövriyyəsinə nəzarət səlahiyyətləri yeni tənzimləyiciyə keçməzdən əvvəl layihə 2023-cü ildə tamamlanmalıdır. Hal-hazırda İndoneziyada kripto aktivlərinin tənzimlənməsinə yerli Əmtəə Fyuçers Ticarətini Tənzimləmə Agentliyi (BAPPEBTI) cavabdehdir. Agentliyin nümayəndəsinin sözlərinə görə, qarşıdakı iki il ərzində Maliyyə Xidmətləri Təşkilatı (FSA) kriptovalyutalara nəzarəti öz […]

Dünya

İranda neft-kimya şirkətinin işçilərindən ETİRAZ – FOTO

İranın Çuvar şəhərində yerləşən neft-kimya şirkətinin işçiləri etiraz aksiyası keçiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, bu gün Çuvar neft-kimya şirkətində çalışan bir qrup işçi əvvəlcə neft-kimya sahəsində, sonra isə Çuvar valiliyi və əmək idarəsində aksiya keçiriblər. Qeyd edək ki, yalnız baza əmək haqqı alan bu işçilərin başqa maliyə mənbələri yoxdur.   Xeberal.az

Dünya

Şimali Koreyanın keçmiş XİN rəhbərinin edam edildiyi məlum olub

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yon Hö və digər dörd və ya beş yerli diplomat 2022-ci ilin yayında və ya payızında edam edilib. Mənbələr etiraf edirlər ki, KXDR-in Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi “problemlər” diplomatların edam edilməsinə səbəb ola bilərdi. Belə ki, ölənlərin hamısı müxtəlif vaxtlarda orada işləyib. Li Yon Hö 2016-2020-ci illərdə […]

Dünya

Populyar serialın yayımı “Netflix”dən “Amazon”a keçə bilər

“Wednesday” serialı ötən il “Amazon”la birləşmə əməliyyatını tamamlayan “Metro-Goldwyn-Mayer” şirkətinə məxsusdur. Bu, pərəstişkarları serialın növbəti mövsümünün “Netflix”də deyil, “Amazon Prime Video” platformasında yayımlana biləcəyi ehtimalını irəli sürməyə vadar edib. Qeyd olunub ki, “Netflix” hələ ikinci mövsüm üçün müqaviləni rəsmi olaraq yeniləməyib. Lakin eyni zamanda, yayım platforması və MGM-nin “Wednesday”in ikinci mövsümü üçün əvvəlcədən razılaşdığı bildirilir. […]

Dünya

İranda etirazlara görə həbs olunan kino ulduzu zaminə buraxıldı

Ötən ilin dekabrında yalan məlumat yaymaq və anti-İran hərəkatlarını dəstəkləmək ittihamı ilə saxlanılan iranlı aktrisa Təranə Əlidusti zaminə buraxılıb. O, daha çox “Oskar” mükafatı alan “Satıcı” (2016) filmindəki Rəna rolu ilə tanınır. “Müvəkkilim bu gün, yanvarın 4-də zaminə buraxıldıqdan sonra sərbəst qalıb”, – sənətçinin vəkili Zəhra Minui bildirib. Xeberal.az

Dünya

Saakaşvili onun zəhərlənməsini araşdırmağı xahiş edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozevə onun zəhərlənməsini araşdırmaq xahişi ilə müraciət edib. Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. Keçmiş dövlət başçısı bildirib ki, ABŞ-dakı laboratoriya və tanınmış Nyu-York toksikoloqu zəhərlənmə faktını sübut edib. Siyasətçi həmçinin Gürcüstanın Rusiya ilə şübhəli əlaqələrinin araşdırılmasını istəyib. Bundan əvvəl Saakaşvilinin həkimləri Gürcüstanın keçmiş prezidentinin […]

Dünya

ABŞ-nin ən çox satılan avtomobili 41 ildir dəyişməz qalır – FOTO

“Ford F-Series” avtomobil ailəsi 2022-ci ildə ABŞ-da ən çox satılan pikap adını qoruyub saxlayıb. Avtomobil istehsalçısının mətbuat xidməti xəbər verir ki, bu avtomobil modeli 46 ildir ki, eyni titula sahibdir. Bundan əlavə, 41 ildir ki, F-Series ABŞ-da ən çox satılan avtomobildir. Məlumata görə, 2022-ci ildə şirkət bu pikaplardan 640 min ədəd satıb. Amerikalılar hər 49 […]

AKTUAL

Neftçalada başçı ilə DSK sədri hektarlarla torpaqların qanunsuz satışı ilə məşguldılar – ŞOK İDDİA

Xəbəral.az saytına Neftçala rayonundan dəhşətli şikayət dolu məlumat gəlib. Məlumata görə, Neftçala suvarma idarəsində çalışan ərköyün məmur oğlu bir müddət öncə də Yasamal rayonunda saxlanmışdı, amma o zaman da həbsdə qurtarmağı bacarmışdı. İndisə məlum olur ki, DSK sədri Z. Kərimov və rayonun başçısı M. Seyidov Neftçala fermerlərinə “gün verib, işıq vermir”. Onlar torpaqları auksiona çıxarır […]

Şou-Biznes

59 yaşlı müğənni dənizə girdi -VİDEO

Mahnıları və rəqsləri ilə türk pop musiqisi tarixində iz qoyan Yonca Evcimik uzun müddətdir Bodrumda yaşayır. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı müğənni qış fəsli olmasına baxmayaraq dənizə girib. Məşhur müğənni həmin anları İnstaqram hesabında "2023-cü ilin ilk dənizi" qeydi ilə paylaşıb.