Cəmiyyət

Bakıda gənc oğlanı evinin qabağında bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsi B. Bağırov küçəsində qeydə alınıb. 26 yaşlı Eyvazov Bəxtiyar Azər oğlu ilə yaşadığı evin qarşısında naməlum şəxs arasında münaqişə yaranıb. Bu zaman həmin şəxs B. Eyvazovun qarnına 1 ədəd bıçaq zərbəsi vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır. Xeberal.az

Dünya

Ukraynada müharibənin ölkə iqtisadiyyatına vurduğu zərər 700 milyard dolları ötüb

Hərbi əməliyyatlar nəticəsində Ukrayna iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötüb. Bunu ölkənin Baş naziri Denis Şmıqal çərşənbə axşamı hökumətin iclasında bildirib. “Dünya Bankı ilə birlikdə biz Ukraynanın sürətli bərpası üçün ehtiyaclarının növbəti yoxlamasını aparmağı planlaşdırırıq. Nəzərinizə çatdırım ki, bizdə iyunun əvvəlində bu rəqəm 350 milyard dollar idi. İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu […]

Siyasət

Ərdoğanın nümayəndəsi: “Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq”

“Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib. O, vurğulayıb ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər. “Belə bir səfərə hazırlıq görülürdü, onu təxirə salan bəzi […]

İdman

Argentinada körpələr kütləvi şəkildə Messinin şərəfinə adlandırılır

Messinin adı artıq tarixə düşüb. Dünya çempionatını qazandıqdan sonra argentinalılar kütləvi şəkildə yeni doğulan körpələrini futbolçunun şərəfinə adlandırmağa başlayıblar. Statistikaya görə, indiyədək Messinin anadan olduğu Argentinanın Santa Fe əyalətində hər 70-ci yeni doğulan körpəyə “Lionel” və ya “Lionela” adı verilirdi. Dekabr ayında isə əvvəlki aylarla müqayisədə belə hallar 700% çox artıb. Mənbə: matchtv.ru Xeberal.az

Cəmiyyət

Bakıda gənc oğlan özünü bıçaqlayaraq öldürdü

Bakının Xəzər rayonunda intihar hadisəsi qeydə alınıb. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 39 yaşlı Rəhimov Pərviz Adil oğlu yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Xeberal.az