Cəmiyyət

Şəmkirdə 18 yaşlı qız dərmandan zəhərləndi

Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Azərin Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 18 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, A.Mustafayeva dərman içərək zəhərlənib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Paytaxt sakini bıçaqlanıb

Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Orucov Fuad Həsən oğlu tanışı ilə şəxsi münasibətlər zəminində dava zamanı bıçaqlanıb. Yaralı aldığı ağır bədən xəsarətlərinə görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Xeberal.az

Cəmiyyət

Bakıda 37 yaşlı kişini avtomobil vurdu

Bakının Xətai rayonunda 37 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Seyidov Vaqif Ramazan oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Fakt araşdırılır. Xeberal.az

Dünya

Rusiyalı fotosessiyadan sonra sevgilisinə 30 bıçaq zərbəsi vurub

Moskvada 34 yaşlı sevgilisini qətlə yetirən 33 yaşlı kişi saxlanılıb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə İstintaq İdarəsindən məlumat verilib. Məlumata görə, faciə yanvarın 3-də Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib. Müstəntiqlər mərhumun bədənində ən azı 30 bıçaq yarası aşkar ediblər. Cütlüyün bir neçə günə Voloqdadan paytaxta gəldiyi bildirilir. Onlar bayram […]

Cəmiyyət

Xankəndi yolundakı aksiya 24 günüdür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi dörd gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib. Etirazçılar […]

Dünya

Zond Ayın üfüqündə Yerin doğuşunu qeydə aldı – FOTO

Koreya Respublikasının ilk Ay zondu olan Danuri Ayın və Yerin səthinin ağ-qara fotoşəkillərini göndərib. Adının mənası təxminən “Aydan həzz almaq” kimi tərcümə olunan Danuri 2022-ci ilin avqustunda ABŞ-dən “SpaceX” raketi ilə buraxılıb və dekabrda Ayın orbitinə daxil olub. Bildirilir ki, ötürülən görüntülər dekabrın 24-dən yanvarın 1-dək çəkilib. Koreya Aerokosmik Tədqiqatlar İnstitutunun (KARI) bəyanatında deyilir ki, […]

Dünya

Slovakiyada 27 illik axtarışdan sonra oğru həbs edilib

1995-ci ildə Slovakiyanın qərbindəki Nitra şəhərində nağd pul daşıyan avtomobili qarət etdiyinə görə axtarışda olan cinayətkar həbs edilib. Məlumata görə, məhkəmənin hökmü ilə qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilən soyğunçu bir neçə gün əvvəl Çexiyada saxlanılaraq Slovakiyanın hüquq-mühafizə orqanlarına təhvil verilib. İstintaqın müəyyən etdiyi kimi, o, tərəfdaşı ilə birlikdə 12 milyon Slovak kronunu […]

Dünya

Yəməndə 130 milyon dollarlıq limanın tikilməsi planlaşdırılır

Yəmən hökuməti iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır. Ölkənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib ki, layihə 130 milyon dollar dəyərində qiymətləndirilir. Onun sözlərinə görə, Yəmən hökuməti “Ajham Energy & Mining Co.” ilə 50 il müddətinə konsessiya şərtləri ilə Ərəb dənizində limanın üç il ərzində tikintisi üçün müqaviləni təsdiqləyib. […]

İdman

Marakana stadionu yaxınlığındakı küçələrdən birinə Pelenin adı veriləcək

Rio-de-Janeyrodakı Marakana stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq. Bu barədə çərşənbə axşamı şəhər meri Eduardo Paes öz “Twitter” səhifəsində məlumat verib. “Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq. Fərman sabah dərc olunacaq”, – Paez yazıb. Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı […]

Dünya

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” – FOTO

Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq. Bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, meteor axını dekabrın 28-dən yanvarın 12-dək aktiv olacaq və ilin əvvəlində maksimum həddə çatacaq. Astronomların ehtimalına görə, yanvarın 4-nə keçən gecə […]