Kriminal

Sumqayıtda qadın özünü 5-ci mərtəbədən atıb

Sumqayıt şəhərində qadın intihar edib. APA xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda, 52-ci binada qeydə alınıb. Orta yaşlı qadın özünü 5-ci mərtəbədən atıb. O, hadisə yerində dünyasını dəyişib. İntihar edən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisənin səbəbi məlum deyil. Meyit aidiyyəti üzrə təhvil verilib. Xeberal.az

Cəmiyyət

Xəzərdə son sutkada ikinci dəfə zəlzələ olub

Xəzər dənizində 3 maqnitudada zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, saat 04:48-də qeydə alınan yeraltı təkanlar 45 km dərinlikdə olub. Xatırladaq ki, daha öncə saat 16:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınmışdı. Xeberal.az

İdman

“Arsenal” və “Liverpul”un keçmiş futbolçusu müflis oldu

“Arsenal” və “Liverpul”un keçmiş futbolçusu Cermen Pennant Birmingem Rayon Məhkəməsi tərəfindən müflis elan edilib. 39 yaşlı idmançının təxminən 1 milyon funt sterlinq borcu var və ipoteka borcunu ödəməyib. Böyük ehtimalla Pennantın əmlakı müsadirə olunacaq və hərracda satılacaq. Qeyd edək ki, futbolçu Londonun “Arsenal”, “Liverpul”, “Birmingem” və “Stok Siti” komandalarında çıxışı ilə tanınıb. Karyerasının əvvəlində Pennant […]

Siyasət

Xankəndi yolundakı aksiyanın 23-cü günü – FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi üç gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib. Etirazçılar […]

Dünya

Avropada qrip epidemiyası: Dərman çatışmazlığı yaşanır

COVID-19-un təsirini itirməyə başladığı Avropada qrip və onun törəmə tənəffüs xəstəliklərinin ciddi şəkildə artması həyata mənfi təsir edir, bir çox ölkədə isə antibiotik kimi dərmanların tədarükündə çətinliklər yaşanır. Köhnə qitənin bir çox ölkələrində qrip və buna bənzər yuxarı tənəffüs yolları xəstəlikləri ilə yanaşı, “RSV” adlı tənəffüs yolu virusu böyüklərdə, xüsusilə də uşaqlarda xəstəliyin ağır keçməsinə […]

İdman

Səudiyyə klubu Messinin formasını satır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Kriştianu Ronaldunu transfer etməsindən sonra ölkənin digər komandası “Əl-Hilal” üzərində Messinin adı olan köynəklərin satışına başlayıb. Məlumdur ki, “Əl-Nəsr” və “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında barışmaz rəqibdirlər. Onlardan ikisi də yarışda 27 dəfə qalib gəliblər. Komandalardan birinin Ronaldonu alması təbii ki, digərinin pərəstişkarları arasında analoji tələb yaradıb. Və beləliklə, “Əl-Hilal” rəhbərliyi özünəməxsus […]

Dünya

Bayden: “Biz mümkün olan ən geniş koalisiyanı toplayırıq” – FOTO

ABŞ qlobal çağırışlara cavab vermək üçün geniş müttəfiqlər koalisiyası toplayır ki, bu çağırışlardan biri də Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Dövlət Departamentinin “Twitter” hesabında verdiyi məlumata görə, bunu ABŞ prezidenti Co Bayden bildirib. “Qlobal inflyasiya və iqlim böhranından tutmuş Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinə qədər olan ciddi qlobal çağırışlar dövründə biz nəticələr əldə etmək üçün mümkün […]

İdman

Ronaldu “Nyukasl”a icarəyə verilə bilər

Hücumçu Kriştianu Ronaldunun Çempionlar Liqası klubuna keçmək şansı var. Məlumata görə, futbolçunun müqaviləsində belə bir bənd var. Bu bəndə əsasən, “sağsağanlar”ın cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə portuqaliyalı “Nyukasl”a icarə əsasında keçə bilər. Qeyd edək ki, ingilis klubu Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna məxsusdur. Xatırladaq ki, dekabrın 30-da portuqaliyalı “Əl Nəsr” ilə müqavilə […]

Dünya

Ukrayna ordusu fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 40%-ni azad edib

Ukrayna Silahlı Qüvvələri və müdafiə qüvvələrinin digər hissələri fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 40%-ni və Rusiya Federasiyasının işğal etdiyi bütün ərazilərin 28%-ni azad edib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib. “Sağ sahil Xerson vilayətinin azad edilməsi işğaldan azad edilmiş ərazilərin ümumi sahəsini demək olar ki, 40 min kv.km-ə çatdırıb”, – […]

Dünya

Şahzadə Harridən qalmaqallı AÇIQLAMALAR

Şahzadə Harri avtobioqrafik kitabı yayımlanmazdan əvvəl televiziya kanallarına müsahibələr verib. Onların anonsu Harrinin açıqlamalarının qalmaqallı olacağını göstərir. Belə ki, kral III Çarlzın kiçik oğlu Britaniyanın ITV telekalıana deyib ki, onlar barışmağa qətiyyən hazır olmayıblar. Ancaq şahzadənin konkret kimləri nəzərdə tutduğu məlum deyil. II Elizabetin nəvəsi “CBS News” telekanalının aparıcısı Anderson Kuperlə söhbətində ona xəyanət edildiyini […]