Siyasət

Azərbaycanda referendum olacaq? – Yeni ildən GÖZLƏNTİLƏR + FOTO

Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ildə referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələnin indiyədək reallaşmaması isə iddiaları bir qədər gücləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub.  Digər maraq doğuran məsələ isə referendumla bərabər parlament seçkilərinin və ya parlament idarəetmə üsuluna […]

İdman

Dünya çempionatlarından geri qalmayan və Azərbaycanda vurulan möhtəşəm qollar – VİDEO

Ötən ay Azərbaycan I Divizionunda biri-birindən maraqlı qollar vurulub.  Bununla bağlı Azərbaycan Peşəkar Futbol Liqası (PFL) rəsmi sosial şəbəkə hesabında paylaşım edib.  Həmin möhşətəm qollar dünya çempionatlarında vurulanlardan heç də geri qalmır.  Oxu.Az həmin qollardan beşinin görüntüsünü təqdim edir:   Xeberal.az

Cəmiyyət

Bakıda avtomobil qaçıran şəxs ələ keçdi

Bakıda “Chevrolet” markalı avtomobili qaçıran şəxs saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanvarın 2-də saat 16 radələrində Nəsimi rayonu Səməd Vurğun küçəsi ev 60-ın qarşısından Bakı şəhər sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub.  Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt […]

İdman

“Neftçi” millimizin müdafiəçisini transfer edir

Qışda heyətini gücləndirməyi düşünən “Neftçi” transfer fəaliyyətini davam etdirir. Klubun gücləndirmək istədiyi mövqelərdən biri də müdafiə xəttidir. “Zirə”dən ayrılan serbiyalı Andelkoviçlə danışıq aparan “flaqman” başqa bir futbolçuya da “elçi” düşüb. “Bizim Media”nın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi milli komandamızın müdafiəçisi Höccət Haqverdi ilə danışıqlara başlayıb. Əvvəllər “Sumqayıt”da çıxış edən milliləşdirilmiş futbolçu hazırda Təbrizin “Traktor” […]

İqtisadiyyat

Bu ildən ƏDV-nin neçə faizi geri qaytarılacaq? – Deputat AÇIQLADI + FOTO

“Yanvarın 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də “ƏDV-ni geri al” qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15 deyil, 17,5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10 deyil, beş faizini geri ala biləcəklər”.  Oxu.Az xəbər verir ki, bu […]

İqtisadiyyat

Azərbaycan manatının effektiv məzənnələri il ərzində artıb

Bu ilin dekabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 96,6 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, aylıq müqayisədə 2 bənd az, ilin əvvəlinə nisbətən 11,2 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 bənd çoxdur. Bu ilin noyabr ayının sonuna manatın real effektiv məzənnəsi isə 123,2 bənd təşkil […]

Cəmiyyət

Qax sakini bədbəxt hadisə nəticəsində öldü

Qax rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq […]

Cəmiyyət

Dəfələrlə məhkum edilmiş şəxs polis bölməsində intihar edib

Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs özünü boğaraq həyatına qəsd edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri dörd dəfə (üç dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli […]

Cəmiyyət

Azərbaycanlı tələbə Mançesterdə itkin düşüb – FOTO

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb. Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” qruplarından birində ailənin istəyi üzrə məlumat paylaşılıb.  Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib: “Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar”. […]

Cəmiyyət

Qobustanda DƏHŞƏTLİ QƏZA: Bir neçə avtomobil yandı, ölən var – VİDEO

Qobustanda “KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb. Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri […]