Cəmiyyət

Dəfələrlə məhkum edilmiş şəxs polis bölməsində intihar edib

Sharing is caring!

Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs özünü boğaraq həyatına qəsd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri dörd dəfə (üç dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək iki aylıq həbs cəzası olub. O, özünü şalvarının lifindən hazırladığı iplə boğub. 

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir