Dünya

İsrail İrana qarşı beynəlxalq cəbhə quracaq

İsrailin yeni xarici işlər naziri Eli Koen bazar ertəsi andiçmə mərasimində çıxışı zamanı bildirib ki, ölkəsi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışacaq. Onun sözlərinə görə, İsrail bunun üçün geniş beynəlxalq cəbhə yaradacaq. “İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının üzvləri arasında yeganə ölkədir ki, o, təşkilata üzv olan başqa bir dövlət tərəfindən açıq şəkildə məhv […]

Dünya

Braziliya Argentina ilə barışdı – FOTO

Braziliya yeni liderin rəhbərliyi altında Buenos Ayreslə dostluq münasibətlərinə qayıtmaq niyyətindədir. Bu barədə bazar ertəsi Braziliya prezidenti Lula da Silva qonşu dövlətin başçısının andiçmə mərasiminə gələn Argentina prezidenti Alberto Fernandes ilə şəxsi görüşdən sonra özünün “Twitter” səhifəsində yazıb. “Məni vəzifəyə təyin olunmam münasibətilə təbrik edən dostum Alberto Fernandesi qəbul etdim və onu Argentinanın dünya çempionatındakı qələbəsi […]

Dünya

Ömər Çelik: “Ukrayna böhranı uzun sürən soyuq müharibə riski yaradır”

Türkiyə Ukrayna böhranının uzanmasının yeni soyuq müharibəyə səbəb ola biləcəyini istisna etmir. Bu fikirləri bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib. “Türkiyə münaqişənin başlanğıcından bəri onun danışıqlar masası arxasında həlli siyasətini davam etdirir və bundan sonra da bu istiqamətdə səy göstərəcək. Lakin sabit atəşkəs üfüqdə görünmür. Üstəlik, deyə […]

Cəmiyyət

Üzeyir Hacıbəyovun heykəlinə yad cisim atılması ilə bağlı araşdırma aparılır

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb. APA-nın xəbərinə görə, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb. Məsələ ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, Nurlan […]