Dünya

Ömər Çelik: “Ukrayna böhranı uzun sürən soyuq müharibə riski yaradır”

Sharing is caring!

Türkiyə Ukrayna böhranının uzanmasının yeni soyuq müharibəyə səbəb ola biləcəyini istisna etmir.

Bu fikirləri bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.

“Türkiyə münaqişənin başlanğıcından bəri onun danışıqlar masası arxasında həlli siyasətini davam etdirir və bundan sonra da bu istiqamətdə səy göstərəcək. Lakin sabit atəşkəs üfüqdə görünmür. Üstəlik, deyə bilərik ki, uzun sürən soyuq müharibə riski formalaşır”, – deyə o bildirib.

Qeyd edək ki, yanvarın 2-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf Partiyasının icraiyyə komitəsinin iclası keçirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir