İdman

“Neftçi” millimizin müdafiəçisini transfer edir

Sharing is caring!

Qışda heyətini gücləndirməyi düşünən “Neftçi” transfer fəaliyyətini davam etdirir. Klubun gücləndirmək istədiyi mövqelərdən biri də müdafiə xəttidir.

“Zirə”dən ayrılan serbiyalı Andelkoviçlə danışıq aparan “flaqman” başqa bir futbolçuya da “elçi” düşüb.

“Bizim Media”nın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi milli komandamızın müdafiəçisi Höccət Haqverdi ilə danışıqlara başlayıb.

Əvvəllər “Sumqayıt”da çıxış edən milliləşdirilmiş futbolçu hazırda Təbrizin “Traktor” komandasında oynayır. Haqverdi ilə danışıqlar artıq son mərhələdədir və “Neftçi”nin qış hazırlığının keçirəcəyi Antalya toplanışına qədər Höccət Haqverdi ilə rəsmi müqavilənin bağlanacağı gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir