Dünya

Bayden: “Biz mümkün olan ən geniş koalisiyanı toplayırıq” – FOTO

Sharing is caring!

ABŞ qlobal çağırışlara cavab vermək üçün geniş müttəfiqlər koalisiyası toplayır ki, bu çağırışlardan biri də Rusiyanın Ukraynaya qarşı müharibəsidir.

Dövlət Departamentinin “Twitter” hesabında verdiyi məlumata görə, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Qlobal inflyasiya və iqlim böhranından tutmuş Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinə qədər olan ciddi qlobal çağırışlar dövründə biz nəticələr əldə etmək üçün mümkün olan ən geniş tərəfdaş koalisiyasını bir araya gətiririk”, – ABŞ prezidenti bildirib.

Bayden həmçinin vurğulayıb ki, ölkəsi öhdəliklərinə əməl etməyə, müttəfiqləri və tərəfdaşları ilə birgə işləməyə davam edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir