Cəmiyyət

Azərbaycanda məktəbli naməlum şəxslər tərəfindən döyülüb

Lənkəran rayonunda məktəbli döyülüb. Oxu.Az-ın məlumatına görə, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.Q. naməlum şəxslərin hücumuna məruz qalıb. O, Lənkəran xəstəxanasına yerləşdirilib və vəziyyəti orta-ağır qiymətləndirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub: “Hazırda araşdırma aparılır. […]

Dünya

Elektrik enerjisi veriləndə ilk işimiz qarabaşaq yarması və yumurta qaynatmaq olur – KİYEVDƏN MÜSAHİBƏ

Rusiya Federasiyası tərəfindən Ukraynanın əsas infrastrukturuna kütləvi raket hücumları Ukraynanın enerji şəbəkəsinin, demək olar ki, yarısını sıradan çıxarıb. Avropa İttifaqının (Aİ) böhranla mübarizə idarəsi üzrə komissarı Yanez Lenarçiç ümumiyyətlə hesab edir ki, Ukraynanın enerji sisteminə dəyən ziyan kritik həddə yaxınlaşır. Hətta Ukraynanın cəbhə xəttindən uzaqda yerləşən İvano-Frankovsk şəhərinin hakimiyyət orqanları sakinləri qış vaxtı kəndlərə köçməyə çağırıb. […]

Dünya

İran İraqa raket atdı: Ölən və yaralananlar var – VİDEO

İranın rejim qüvvələri İraq Kürdüstanına növbəti raket zərbəsi endirib. Bu barədə İraqın İNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, hücumun hədəfi kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərindəki qərargahları olub. Tehran onları molla respublikasında rejim əleyhinə nümayişləri dəstəkləməkdə ittiham edir. Agentliyin məlumatına görə, raket zərbəsi nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bundan əlavə, İran hərbçiləri Ərbil […]

Cəmiyyət

“İçərişəhər” yaxınlığında faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü – FOTO

Bakıda sübh saatlarında ağır yol-nəqliyyat qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, saat 05:30 radələrində Səbail rayonu ərazisində – Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) BMW markalı avtomobil sürücü, 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib. […]

Cəmiyyət

Amerikalı tədqiqatçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gediblər

Amerikalı tədqiqatçılar Brenda Şaffer və Maykl Doran Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədirlər. “Report” xəbər verir ki, onlar bu gün Cəbrayıl rayonundakı Xudafərin körpüsünə, həmçinin Zəngilana səfər edəcəklər. Səfər çərçivəsində Ağalı kənd tam orta məktəbinin ziyarət edilməsi də planlaşdırılır. Xeberal.az

Cəmiyyət

FHN: Ötən sutka 24 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib. Görülmüş təcili və […]

Dünya

ABŞ dövlət katibi Məhabad hadisələrinə münasibət bildirdi: “İran xalqının yanındayıq”

“İran hökuməti tərəfindən xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılığın artması ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”. Bunu ABŞ Dövlət katibi Antoni Blinken İranın rejim qüvvələrinin Qərbi Azərbaycan əyalətində nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadəsini şərh edərkən bildirib. O, İran xalqının yanında olduqlarını və bu işdə əli olanların məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəklərini vurğulayıb. Greatly […]

Cəmiyyət

Bakıda yeni doğulan uşağı göstərmədilər, ata intihar etdi

Bakıda özünü yandıran kişi ölüb. Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ə.Hacıyev xəstəxanada dünyasını dəyişib. İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən […]

Cəmiyyət

Maşın iki qardaşı vurdu, biri öldü

Cəlilabad rayonunda avtomobilin vurduğu iki qardaşdan biri – 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu vəfat edib. “Report”un Muğan bürosu xəbər verir ki, o, müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, yol qəzası ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən rayonun Kazımabad kənd sakinləri, 2000-ci il […]

Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, sürücü ölüb

Bakıda iki avtomobil toqquşub. APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Murad Rüstəmov idarə etdiyi “Kia Cerato” markalı avtomobillə Nuru Ələkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə Murad Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az