Dünya

İran İraqa raket atdı: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!

İranın rejim qüvvələri İraq Kürdüstanına növbəti raket zərbəsi endirib.

Bu barədə İraqın İNA agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hücumun hədəfi kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərindəki qərargahları olub. Tehran onları molla respublikasında rejim əleyhinə nümayişləri dəstəkləməkdə ittiham edir.

Agentliyin məlumatına görə, raket zərbəsi nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Bundan əlavə, İran hərbçiləri Ərbil əyalətində Bahirka şəhərindəki qaçqın düşərgəsinə də hücum edib.

Qeyd edək ki, molla respublikasının qüvvələri sentyabrın 24-dən əyalətə hücumlarını etdirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir