Cəmiyyət

“İçərişəhər” yaxınlığında faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü – FOTO

Sharing is caring!

Bakıda sübh saatlarında ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 05:30 radələrində Səbail rayonu ərazisində – Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) BMW markalı avtomobil sürücü, 1993-cü il təvəllüdlü Xəlil Əsədlinin idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.

Vəfat edən 28 yaşlı N.Mənsimli tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də “İqlim” MMC şirkətinin rəhbəridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir