Siyasət

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisədir”

“Bu gün biz Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə YAP-ın bütün üzvlərini ürəkdən təbrik edirəm”. Bu sözləri YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyev deyib. O, YAP-ın yaranmasını tarixi hadisə adlandırıb: “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və […]

Dünya

Çində altı ay sonra koronavirusdan ölüm qeydə alındı: Yoluxma artır

Çində COVID-19-dan son altı ayda ilk ölümlər Pekində qeydə alınıb. Paytaxtda üç nəfər virus səbəbindən həyatını itirib. Ciddi formada sıfır COVID siyasətinə baxmayaraq, yoluxma hallarının sayı artır. Dünya koronavirusla həyata uyğunlaşarkən Çində kütləvi “lokdaun”lar, testlər və karantinlər mövcuddur. Bir gün əvvəllə müqayisədə Pekində yoluxma sayı 621-dən 962-yə qalxıb. Ölkədə yoluxma apreldəki pik həddə yaxınlaşıb, son 24 […]

Cəmiyyət

Xəzərin sahilinə plastik qranulları kim “səpələyib”? – FOTO

Xəzər dənizinin sahilində plastik hissəciklər qeydə alınıb.  Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.  Belə ki, dənizin Abşeron rayonu Fatmayi kəndi ərazisi hissəsində sahilboyu plastik qranullar var.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar: “Hazırda əməkdaşlarımız sözügedən ərazidədirlər. Araşdırma aparılır”. İlhamə Əbülfət Xeberal.az

İqtisadiyyat

Mikayıl Cabbarov: “Bir çox makroiqtisadi göstəricilərdə artım müşahidə olunur” – FOTO

“2022-ci ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, bir çox makroiqtisadi göstəricilərdə artım müşahidə olunur”.  Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında qeyd edib. Nazir bildirib ki, xüsusilə, qeyri-neft-qaz sektorunda investisiyaların həcmində və nəqliyyat daşımalarında yüksək dinamika var. Xeberal.az

Dünya

DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 56 ildən sonra mundiallar tarixinin antirekordu qeydə alınıb. “Report”un məlumatına görə, bu, Qətər və Ekvador komandaları arasında oynanılmış açılış matçında baş verib. Qarşılaşmada ümumilikdə qapılara 11 zərbə endirilib. 1966-cı ildəki mundialdan sonra heç bir oyunda daha az cəhd olmayıb. Bundan əlavə, Asiya Konfederasiyasından indiyədək hansısa kollektiv debüt görüşündə qalib […]

Dünya

Borrel: “Aİ Rusiyadan yan keçməklə yeni nəqliyyat dəhlizlərinin yaradılmasının tərəfdarıdır”

“Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı, o cümlədən Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına genişləndirmək niyyətindədir”. Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib. Onun sözlərinə görə, Rusiya və Çin Mərkəzi Asiyada mühüm rol oynamaqda davam edirlər. Eyni zamanda, bu region ölkələri Aİ-ni ən uyğun tərəfdaş […]

Cəmiyyət

İnterpol Bakıda doğulmuş afrikalı milyarderin həbsi üçün order verdi – FOTO

İnterpol Anqolanın keçmiş prezidentinin qızı İzabel duş Santuşun həbsi üçün beynəlxalq order verib. Order Anqola prokurorlarının agentlikdən onun yerinin tapılması, həbs edilməsi və ekstradisiyası tələbindən sonra verilib. 49 yaşlı Duş Santuşun mənimsəmə, fırıldaqçılıq, nüfuz ticarəti və çirkli pulların yuyulması kimi müxtəlif cinayətlərə görə axtarışda olduğu bilinir. O da məlumdur ki, Duş Santuş vaxtının çox hissəsini […]

Siyasət

İsrailin Azərbaycandakı səfiri izləyicilərindən soruşdu: “Hansı yeməyi seçək?” – FOTO

“Bizim yerimizə qərar verin, hansı yeməyi seçək?” Bunu Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını qeyd etdiklərini bildirən İsrailin ölkəmizdəki səfiri Corc Dik deyib. Səfir bununla bağlı öz “Twitter” hesabında paylaşım edib. Həmçinin paylaşımda izləyicilərə sorğu ünvanlayıb. O, səfirliyin açılmasını Azərbaycanın milli yeməyi ilə qeyd etmək istədiklərini, lakin bunun məhz hansı yemək olacağına qərar verə bilmədiklərini yazıb. “Azərbaycanın […]