İdman

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib. “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb – 2,5:1,5. IV turda isə Polşanı sınağa çəkən Azərbaycan yığması […]

Dünya

Kolumbiyada təyyarə yaşayış binasının üzərinə düşdü – FOTO/VİDEO

Bazar ertəsi günü Kolumbiyanın şimal-qərbindəki Medellin şəhərində kiçik bir təyyarə yaşayış massivində qəzaya uğrayıb. Bu barədə “Twitter”də şəhərin xilasetmə xidməti məlumat yayıb. “Təyyarə Belen Rosales yaşayış massivində qəzaya uğrayıb. Hazırda yanğınsöndürənlər hadisə yerində işləyir. Hələ ki, qurbanlar barədə məlumat yoxdur”, – deyə xidmətdən bildirilib. Qəzaya uğrayan Çoko departamentinə uçuş həyata keçirən iki mühərrikli Piper təyyarəsi […]

Dünya

Stoltenberq NATO-nun Ukraynada niyə uçuşa qadağa zonası yaratmadığını izah edib

NATO ölkələri Ukraynadakı münaqişənin tərəfinə çevrilməmək üçün çox diqqətlidirlər, ona görə də uçuşa qadağa zonası yaratmağa çalışmırlar, hava hücumundan müdafiə sistemlərini Kiyevə ötürürlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Madriddə alyansın parlament assambleyasının iclasında bildirib. “Bu, NATO ölkələri üçün çox vacibdir, lakin biz Ukraynada qoşun yerləşdirməyə başlasaq, münaqişənin bir hissəsi olacağıq. Buna baxmayaraq, NATO ölkələri […]

Dünya

Cavanrudda etirazçılar mülki geyimli repressiv muzdlunun evini yandırdılar – VİDEO

İranın Qərbi Azərbaycan əyalətinin Cavanrud (Gənclik) şəhərində etirazçılar mülki geyimli repressiv muzdlunun evini yandırıblar. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, etirazçılar molla rejiminə xidmət edən mülki geyimli repressiv muzdlunun özünü də tutub cəzalandırıblar.   Xeberal.az

Cəmiyyət

Ağcabədi sakini özünü yandırdı

Ağcabədi rayon sakini özünü yandırıb. APA xəbər verir ki, 25 yaşlı Cavid Ələsgərov ailədaxili məsələlərlə bağlı özünü yandıraraq intihara cəhd edib. O, ağır vəziyyətdə Ağcabədi rayon Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-nın sorğusuna cavab olaraq faktı təsdiqləyib. O bildirib ki, Ağcabədi rayonunda 1997-ci il təvəllüdlü, rayon […]

İdman

İsrail kəşfiyyatı: “İran Qətərdəkı dünya çempionatına hücuma hazırlaşır”

İsrailin hərbi kəşfiyyat rəhbəri general-mayor Aharon Haliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırda Tehranı ildırım sürətli hücumundan çəkindirən yeganə amil dünya çempionatının ev sahiblərinin cavabıdır. Haliva bildirib ki, İrandakı ümummilli etirazlar vətəndaş üsyanına çevrildiyi üçün ölkənin siyasi rejimi böyük təzyiqlərlə üzləşib. “Ölənlərin sayı, milli simvollara […]

Cəmiyyət

Gəncədə avtomobillər toqquşudu: Xəsarət alanlar var

Gəncə şəhərinin Tağı Arani küçəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, VAZ-2106 və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü E.Quliyeva və 1993-cü il təvəllüdlü R.Əliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kafi, digərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

DÇ-2022: ABŞ – Uels matçı başladı – YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ – Uels matçı start götürüb.  Oxu.Az xəbər verir ki, görüşdə hesab açılmayıb.  22:23 Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb. Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar: ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams, Entoni […]

Cəmiyyət

“Torpağı mənə Heydər Əliyev vermişdi, Arif Qasımov əlimdən aldı, evimi də yandırdı” – Şəhid xanımının şok səs yazısı – Nizami rayonunda nə baş verir?

Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun vəzifədə olduğu dövrdə yol verdiyi qanunsuz əməllərlə bağlı mətbuatda silsilə məqalələr dərc olunur. Məqalələrdə diqqət yetirilən məqamlardan biri Arif Qasımovun şəhid ailəsinə məxsus torpaq sahəsini mənimsəməsi və həmin ərazidə yerləşmiş yaşayış evində naməlum səbəblərdən yanğın baş verməsi ilə bağlıdır. Məlumatlara görə, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli […]

Dünya

İran millisinin azarkeşləri oyundan sonra stadion ətrafında “Xameneiyə ölüm” şüarı səsləndirdilər – VİDEO

Dünya Çempionatında İngiltərəyə böyük hesabla uduzan İran millisinin azarkeşləri oyundan sonra stadion ətrafında “Xameneiyə ölüm” şüarı səsləndiriblər. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, oyundan öncə İran millisinin oyunçuları dövlət himnini oxumayıblar. Azarkeşlərin etiraz şüarlarının əks olunduğu görüntüləri təqdim edirik:   Xeberal.az