Cəmiyyət

Maşın iki qardaşı vurdu, biri öldü

Sharing is caring!

Cəlilabad rayonunda avtomobilin vurduğu iki qardaşdan biri – 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu vəfat edib.

“Report”un Muğan bürosu xəbər verir ki, o, müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, yol qəzası ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən rayonun Kazımabad kənd sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və 1990-cı il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir