Dünya

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Bu gün Azərbaycanın şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirəcək. “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gələcək. Komanda IV turda Polşanı sınağa çəkəcək. Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı […]

Müharibə

Müdafiə Nazirliyi Ermənistan ordusunun məlumatını təkzib etdi

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik. Xeberal.az

İdman

Azərbaycan taekvondoçuları dünya çempionatını bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını bir bürünc medalla başa vurublar. “Report”un məlumatına görə, son olaraq mübarizəyə qoşulan Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) da medalsız qalıblar. Qeyd edək ki, Azərbaycan mundialda ümumilikdə səkkiz taekvondoçu ilə təmsil olunub. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparmış Cavad Ağayev bürünc medala […]

Cəmiyyət

Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdü

Bakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb. “Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Xeberal.az

Cəmiyyət

Bakının məşhur ərazisində söküntü işləri başlayıb – VİDEO

Nəsimi rayonunun “Papanin” kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb. Söküntü işləri əsasən həyət evləri üzərində aparılır. Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə çoxmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar. Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq çoxmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar. Daha […]

Cəmiyyət

Bakıda yük avtomobili qəza törədib – FOTO

Bakının Nəsimi rayonunda avtomobil qəzası baş verib. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, Ələsgər Ağayev idarə etdiyi ZİL markalı yük avtomobili ilə qəfil köməkçi yola manevr edib. Bu zaman yük avtomobili sol zolaqda olan Şəhriyar Əlizadənin idarə etdiyi “Chevrolet” markalı minik maşınına çırpılıb. Zərbənin gücündən minik avtomobili deformasiyaya uğrayıb. […]

İdman

“Champions Chess Tour”: Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib. “Report” xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun sonuncu – yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub. Məmmədyarov 8 şahmatçı arasında yarışı 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 […]

Cəmiyyət

Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Oxu.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm […]

İdman

DÇ-2022: Bu gün daha üç oyun keçiriləcək – AFİŞA

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı “Xəlifə” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. “Al-Tumama” arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da […]

Dünya

Bolqarıstanda temperatur rekordu müəyyən edilib

Bolqarıstanlı meteoroloqlar bazar günü ölkədə temperatur rekordu qeydə alıblar. Məlumata görə, ölkənin cənub bölgəsində yerləşən Haskovo şəhərində yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 16:30) hava 22,6 dərəcəyə qədər isinib ki, bu da əvvəlki göstəricilərdən demək olar ki, 1,5 dərəcə yüksəkdir. Bu tarix üçün öncəki rekord 1916-cı ildə qeydə alınıb və şəhərdə termometrlər 21,1 dərəcəni […]