Cəmiyyət

Bakıda yük avtomobili qəza törədib – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ələsgər Ağayev idarə etdiyi ZİL markalı yük avtomobili ilə qəfil köməkçi yola manevr edib.

Bu zaman yük avtomobili sol zolaqda olan Şəhriyar Əlizadənin idarə etdiyi “Chevrolet” markalı minik maşınına çırpılıb. Zərbənin gücündən minik avtomobili deformasiyaya uğrayıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı əraziyə polislər cəlb edilib.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir