İdman

Moldovanın baş məşqçisi: “Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək”

“Rəqibin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək”. “Report” xəbər verir ki, bunu Moldova millisinin baş məşqçisi Sergey Kleşenko evdə Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, iki kollektiv arasında elə də böyük fərq yoxdur: “Bu oyunlar həm seçim, həm də nəzarət xarakteri daşıyır. Sabah meydana […]

Cəmiyyət

Tovuzda qadın öldürülüb: Qətli törətməkdə şübhəli bilinən əri saxlanılıb

“Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub”. Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. DİN rəsmisi bildirib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq […]

Şou-Biznes

Məşhur aktrisa 60 yaşında YENƏ TƏK qaldı

Tanınmış aktrisa Demi Mur 60 yaşını sevgilisindən ayrılandan sonra tək qeyd edib. Lent.az xəbər verir ki, aktrisa aşpaz sevgilisi Daniel Hammla bir illik münasibətlərini sonlandırdığı üçün ad gününü tək keçirməli olub.  Onların ayrılması aktrisanın yubileyindən bir neçə gün sonra məlum olub. Ayrılığa nəyin səbəb olduğu isə hələ bəlli deyil. Ancaq məlumatlara görə, onlar münasibətlərini rəsmiləşdirməyə […]

Dünya

Kuleba raket hücumları barədə: “Rusiyanın sülh danışıqlarına cavabı budur”

Ukraynanın Rusiya raketləri ilə kütləvi şəkildə atəşə tutulmasının qarşısı ancaq Ukrayna silahlarının və prinsiplərinin gücü ilə alına bilər. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib. “Hazırda Rusiya raketləri bütün Ukraynada insanları öldürür və infrastrukturu məhv edir. Budur Rusiyanın sülh danışıqlarına cavabı”, – deyə o bildirib. Kuleba Ukraynaya Rusiyanın ultimatumlarını qəbullanmağı təklif etməməyə çağırıb. “Bu […]

Dünya

Ukrayna Macarıstana neft nəqlini dayandırdı

Ukrayna “Transneft”ə Macarıstan istiqamətində “Drujba” kəməri vasitəsilə neftin nəqlini dayandırdığı barədə məlumat verib. Bunu “Transneft”in sözçüsü İqor Demin bildirib. “Ukrayna tərəfdən bizə məlumat daxil olub ki, gərginlik azalması səbəbindən nasosun dayandırılması barədə məlumat verilib”, – deyə o deyib. Hadisə ilə bağlı Macarıstanın baş naziri Viktor Orban ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Qeyd edək ki, “Drujba” […]

Cəmiyyət

Səkkiz uşaqlı ailənin bitməyən dərdləri – VİDEO

Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrə tez-tez rast gəlinirdi. Amma illər keçdikcə bu say azalmağa başladı. Buna səbəb insanların maddi imkanının zəif olmasıdır. Bu ailələrdən biri də Türkan qəsəbəsində yaşayır.  Ailənin 11 üzvü var. Bir nənə, ata, ana və səkkiz uşaq.  Sonuncu doğulan uşaqlar isə üçəmdirlər. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

“Səhər”in zəhərli salamına cavab – VİDEO

İranın “Səhər” telekanalında Azərbaycanın ünvanına yenidən xoşagəlməz fikirlər səsləndirilib. Daha dəqiq desək, “Səhər salamı” verilişinin aparıcıları ölkəmizə qarşı növbəti dəfə zəhərlərini axıdıblar. Həm də güney azərbaycanlı şair, Azərbaycanın qədim paytaxtı Təbrizdə doğulan, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan mərhum Yahya Şeydanın “Azar” şeirini qalxan ediblər.  Gəlin, görək, kimdir Yahya Şeyda? Niyə belə bir şeir yazıb? Daha […]

Dünya

Rusiyanın Ukraynaya atdığı iki raket Polşa ərazisinə düşdü: Ölənlər var – FOTO

Rusiyanın gün ərzində Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb. Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib. Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib. Polşanın baş naziri Mateuş Moravietski və prezident Andjey Duda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar. Polşalı ekspertlər belə halda NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə […]

Cəmiyyət

Azərbaycanın keçmiş Baş Prokuroru vəfat edib – FOTO

Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru İxtiyar Şirin vəfat edib. Bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat verib. İxtiyar Şirin 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-1993-ci illərdə AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 2007-ci ildə Milli Konqres Partiyasının (MKP) sədri İxtiyar Şirin siyasi fəaliyyətdən uzaqlaşıb. Xeberal.az

Cəmiyyət

Şəmkirdə daha bir yetkinlik yaşına çatmayan qızın ərə verilməsi faktı ilə bağlı DİN işə qarışıb

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. Bildirilib ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm […]