İdman

Moldovanın baş məşqçisi: “Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək”

Sharing is caring!

“Rəqibin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək”.

“Report” xəbər verir ki, bunu Moldova millisinin baş məşqçisi Sergey Kleşenko evdə Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, iki kollektiv arasında elə də böyük fərq yoxdur: “Bu oyunlar həm seçim, həm də nəzarət xarakteri daşıyır. Sabah meydana gənc futbolçular da çıxacaqlar. Düşünürəm ki, ehtiyat qüvvənin də nə dərəcədə hazır olduğunu yoxlamaq lazımdır”.

O, start heyətini, demək olar ki, müəyyənləşdirdiyini söyləyib: “Heç vaxt oyun gününə qədər qərar qəbul etmirəm. Hamı sağlam olsa, start heyətlə bağlı fikrim dəyişməyəcək. Meydana maksimum döyüşkən heyət buraxacağıq”.

Baş məşqçi Maksim Kojokar və Vyaçeslav Posmakla yanaşı, Artur Kraçunla Yon Nikolaeskunun də Azərbaycana millisinə qarşı oynamayacağını vurğulayıb: “Kraçunun zədə aldığını bilirdik, sadəcə, yerində yoxlanılmasını istədik. Məlum oldu ki, qarşıdakı matçlara iştirak edə bilməyəcək. Nikolaeskuya gəlincə, həkimlər oynamağına icazə vermirlər. Yenidən zədələnmə ehtimalı yüksəkdir. Onun sağlamlığını riskə atmayacağıq. Başqa çıxış yolları axtaracağıq”.

Kleşenko seçmə mərhələyə hazırlıq baxımından Azərbaycan yığmasının rəqib seçilməsinə də toxunub: “Yoldaşlıq oyunları üçün seçim imkanımız az idi. Rumıniya yığması ilə görüş əvvəldən planlaşdırılmışdı. Ona görə də ikinci rəqib axtarırdıq və biz Azərbaycan millisi ilə razılığa gələ bildik”.

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı “Zimbru” stadionunda oynanılacaq Moldova – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir