Dünya

Kuleba raket hücumları barədə: “Rusiyanın sülh danışıqlarına cavabı budur”

Sharing is caring!

Ukraynanın Rusiya raketləri ilə kütləvi şəkildə atəşə tutulmasının qarşısı ancaq Ukrayna silahlarının və prinsiplərinin gücü ilə alına bilər.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib.

“Hazırda Rusiya raketləri bütün Ukraynada insanları öldürür və infrastrukturu məhv edir. Budur Rusiyanın sülh danışıqlarına cavabı”, – deyə o bildirib.

Kuleba Ukraynaya Rusiyanın ultimatumlarını qəbullanmağı təklif etməməyə çağırıb.

“Bu terroru ancaq silahlarımızın və prinsiplərimizin gücü ilə dayandırmaq olar”, – nazir əlavə edib.

Xatırladaq ki, noyabrın 15-də irimiqyaslı raket hücumu zamanı Ukraynaya onlarla raket atılıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir