Cəmiyyət

Xalq yazıçısı Anar: “Tarixdə ilk dəfədir ki, AYB üzvü AMEA prezidenti seçilir”

Sharing is caring!

“Tarixdə ilk dəfədir ki, AYB üzvü AMEA prezidenti seçilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında hazırkı sədr Anar Rzayev İsa Həbibbəyli haqqında deyərək onu təbrik edib.

Çıxış edən İsa Həbibbəyli XII qurultaydan sonra Azərbaycan ədəbiyyatındakı ən böyük yeniliyin ədəbi cərəyanların ortaya çıxması olduğunu deyib:

“1990-cı illərin əvvəllərində sosialist-realizm dağıldıqdan sonra ədəbi qruplar meydana gəldi. Onlar ədəbiyyatın missiyasını bütövlükdə müəyyən edə bilməzdilər. Ona görə də onları ədəbi birliklər əvəz elədi. Onlar isə ədəbi cərəyanları qurdular. XII qurultaydan sonra ən böyük yenilik ədəbi cərəyanların formalaşmasıdır. Ən geniş yayılmış ədəbi cərəyan “neorealizm”dir”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir