Cəmiyyət

Şəmkirdə daha bir yetkinlik yaşına çatmayan qızın ərə verilməsi faktı ilə bağlı DİN işə qarışıb

Sharing is caring!

Şəmkir rayonunda növbəti yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, 11-ci sinif şagirdi Ləman Mehtiyevanın (ad-soyad şərtidir) nişan mərasimi keçirilməsi barədə məlumata görə, artıq həm qızın, həm də qarşı tərəfin valideynləri şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb, bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurması cinayət məsuliyyəti yaradır və bu məsuliyyəti valideynlər daşıyır.

Qeyd edək ki, bu gün Şəmkir rayonunda 14 yaşlı yeniyetmənin öz əmisioğlu ilə nişanlanması ilə bağlı məlumatlar yayılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir